29 sentyabr 2016, 16:30

İsabəli Abdullayevdən, Sumqayıt, Azərbaycan

Möhtərəm cənab Prezident,

Sizi Sumqayıt şəhərindən salamlayırıq. Şəhərimizə göstərdiyiniz diqqət və qayğı nəticəsində Sumqayıt gündən-günə gözəlləşir. Yeni istifadəyə verilən dənizkənarı bulvar şəhərimizə xüsusi gözəllik verir. Sumqayıtın hər qarışında abadlıq və quruculuq işləri göz oxşayır. Bütün bunlara görə Sizə minnətdarıq.

Hörmətlə,

Abdullayev İsabəli Vidadi oğlu

Azərbaycan Respublikası, Sumqayıt şəhəri.