29 sentyabr 2016, 13:20

Rizvan Mikayıllı və Tanrıverdiyeva Şərəbanıdan, Mingəçevir, Azərbaycan

Çox hörmətli cənab Prezident,

Ölkəmizin hər yerində olduğu kimi, Mingəçevir şəhərindəki inkişaf da göz önündədir. Bu yaxınlarda Mingəçevir Sənaye Parkının təməlqoyma mərasimində şəhərimizlə bağlı söylədikləriniz minlərlə mingəçevirlinin ürəyindən xəbər verir. Biz öz şəhərimizlə fəxr edir, gələcəyə böyük inamla baxırıq.

Cənab Prezident, Mingəçevirə göstərdiyiniz yüksək diqqət və qayğıya, şəhərimizin inkişafı, yeni iş yerlərinin açılması ilə əlaqədar həyata keçirdiyiniz genişmiqyaslı tədbirlərə görə Sizə dərin minnətdarlığımızı bildiririk.

Hörmətlə,

Mikayıllı Rizvan,

Tanrıverdiyeva Şərəbanı. 

Azərbaycan Respublikası, Mingəçevir şəhəri.