29 sentyabr 2016, 12:00

Nərminə Abbasova, Tərtər, Azərbaycan

Hörmətli cənab Prezident,

Sizin uzaqgörənliyiniz və qayğınız sayəsində strateji əhəmiyyətə malik olan pambıqçılıq öz ənənələrini bərpa etməkdədir. Bu il rayonumuzda 1035 hektar sahədə pambıq əkilmişdir. Mən özüm vaxtılə Hacıqərvənd kəndində sürücü, mexanizator, briqadir işləmişəm.

Cənab Prezident, el arasında belə bir məsəl var: “Torpaq deyir öldür məni, dirildim səni”. Odur ki, pambıqçılığın inkişafına göstərdiyiniz dəstək, subsidiya ayrılması bu sahə ilə məşğul olan əməkçiləri ürəkdən sevindirir. Mən də yenidən sükan arxasına keçmək, məhsul yığımında iştirak etmək istəyirəm. Artıq rayonumuzda məhsul yığımına başlanılmışdır. İnsanlar sevinir. Çünki evlərinə ruzi-bərəkət gəlir.

Möhtərəm Prezident, pambıqçılığın inkişafına göstərdiyiniz diqqət və qayğı üçün Sizə öz minnətdarlığımızı bildiririk. Əminik ki, uzun illərdən sonra “ağ qızıl” əvvəlki şöhrətini özünə qaytaracaqdır. Gələn il daha çox pambıq əkməyə, daha çox məhsul toplamağa söz veririk.

Hörmətlə,

Abbasova Nərminə 

Azərbaycan Respublikası, Tərtər rayonu, Hacıqərvənd kəndi.