29 sentyabr 2016, 11:50

Ağasəf Mənəfov və başqalarından, Saatlı, Azərbaycan

Hörmətli cənab Prezident,

Respublikamızda pambıqçılığın inkişafına göstərdiyiniz diqqətə və bununla əlaqədar imzaladığınız Sərəncama görə Sizi alqışlayır və dərin minnətdarlığımızı bildiririk.

Ölkəmizdə, eləcə də Saatlı rayonunda böyük ənənələri olan pambıqçılığın yenidən dirçəldilməsi istiqamətində görülən işlər bizi sevindirir. Azərbaycanın bu sahədə əvvəlki şöhrətini bərpa edəcəyinə əminik.

Biz həmişə Sizinləyik, cənab Prezident!

Hörmətlə,

Mənəfov Ağasəf,

Əsgərov Şahin,

Səlimov Zəka. 

Azərbaycan Respublikası, Saatlı rayonu, Əhmədbəyli kəndi