28 sentyabr 2016, 19:00

Şahin Həsənovdan, Moskva, Rusiya

Möhtərəm cənab Prezident,

Ümumxalq səsverməsinin (referendumun) uğurla keçirilməsi münasibətilə və onun yekunları ilə əlaqədar Sizi təbrik edirəm. Azərbaycan xalqına firavanlıq və daimi inkişaf arzulayıram.

Biz - əslən Azərbaycandan olanlar Vətənimizi sevir, onun uğurlarına şad olur, çətin məqamlarında kədərlənirik. Sizə ən xoş arzularımı bildirirəm!

Hörmətlə,

Həsənov Şahin Şahlar oğlu

Rusiya Federasiyası, Moskva şəhəri.