28 sentyabr 2016, 12:50

Rauf Hüseynli və Zaman Həsənovdan, Bakı, Azərbaycan

Hörmətli cənab Prezident,

Azərbaycan incəsənətinə və mədəniyyətinə göstərdiyiniz daimi qayğı və diqqət, bu sahədə çalışanların əməyinə verdiyiniz yüksək qiymət bizi çox fərəhləndirir, daha fəal işləməyə ruhlandırır. Bizə böyük etimad göstərərək “Əməkdar mədəniyyət işçisi” fəxri adına layiq gördüyünüz üçün sevincimizin həddi-hüdudu yoxdur. Sizə öz dərin minnətdarlığımızı və təşəkkürümüzü bildirir, uzun ömür, cansağlığı, ölkəmizin tərəqqisi naminə gərgin fəaliyyətinizdə yeni-yeni uğurlar arzulayırıq.

Hörmətlə,

Rauf Hüseynli,

Zaman Həsənov.

Azərbaycan Respublikası, Bakı şəhəri.