28 sentyabr 2016, 12:40

Musa Hüseynov, Mingəçevir, Azərbaycan

Hörmətli cənab Prezident,

Sizin Mingəçevirə səfəriniz zamanı keçmiş toxuculuq kombinatının yerində müasir standartlara cavab verən yüngül sənaye müəssisəsinin yaradılacağını bildirməyiniz, şəhərimizin yenidən ölkənin sənaye mərkəzlərindən birinə çevrilməsi ümidi məni bir anlıq keçmiş illərə qaytardı. Həmin illərdə Mingəçevirdə bu kombinat tam gücü ilə işləyir və minlərlə insan burada çalışaraq öz ailəsinin dolanışığını təmin edirdi. O zaman bu möhtəşəm fabrik və zavodların işə salınması Heydər Əliyevin zəhmətinin bəhrəsi idisə, bu gün Sizin əməyinizin nəticəsidir. Siz bir daha sübut etdiniz ki, Heydər Əliyev yolunun və irsinin ən layiqli davamçısısınız.

Hörmətlə,

Musa Hüseynov

Azərbaycan Respublikası, Mingəçevir şəhəri.