28 sentyabr 2016, 12:30

Murad Mustafayevdən, Mingəçevir, Azərbaycan

Hörmətli cənab Prezident,

Bütün dünyada iqtisadi böhranın tüğyan etdiyi, qarşıdurmaların baş verdiyi zamanda ölkəmizdə firavan həyatın təmin olunması, bununla bərabər iqtisadi inkişafın davam etməsi Sizin necə müdrik və uzaqgörən rəhbər olduğunuzu bir daha sübut edir. Mingəçevirdə keçirilən təməlqoyma mərasimindəki çıxışınızı diqqətlə izlədim və bir daha əmin oldum ki, Sizin rəhbərliyinizlə ölkəmiz daha da inkişaf edəcək, daha böyük nailiyyətlər qazanacağıq. Bu mürəkkəb dövrdə vaxt ayırıb şəhərimizə səfər etdiyinizə, şəhər sakinləri üçün həlli vacib məsələlərə diqqət ayırdığınıza görə Sizə dərin təşəkkürümü bildirirəm.

Hörmətlə,

Mustafayev Murad Afser oğlu 

Azərbaycan Respublikası, Mingəçevir şəhəri.