27 sentyabr 2016, 18:10

Nofər Məmmədəliyevdən, Mingəçevir, Azərbaycan

Hörmətli cənab Prezident,

Mən uzun illərdir Mingəçevir şəhər Tarix Muzeyində çalışıram, qocaman mədəniyyət işçisiyəm. Tarix Muzeyi əvvəllər muzey üçün nəzərdə tutulmamış binada fəaliyyət göstərirdi. Sizin göstərişinizlə şəhərimizdə muzey üçün möhtəşəm binanın tikilməsi və şəxsən muzeyimizə baxış keçirməyiniz bizlərin sonsuz məmnuniyyətinə və sevincinə səbəb oldu. Şəhərimizin tarix və mədəniyyətinə göstərdiyiniz diqqətə görə Sizə dərin təşəkkür və minnətdarlığımı bildirirəm.

Hörmətlə,

Məmmədəliyev Nofər Məmmədəli oğlu  

Tarix Muzeyinin direktoru

Azərbaycan Respublikası, Mingəçevir şəhəri.