14:08
İlham Əliyev Avropa Xalq Partiyasının nümayəndə heyətini qəbul edib
26 sentyabr 2016, 10:45Prezident İlham Əliyev Mərkəzçi Demokratlar İnternasionalının vitse-prezidenti və Genişlənmə Komitəsinin sədri, Avropa Xalq Partiyasının keçmiş sədr müavini David Marionun başçılıq etdiyi, Avropa Parlamentinin, Avropa ölkələrinin deputatlarının və bir sıra beynəlxalq təşkilatların əməkdaşlarının daxil olduğu nümayəndə heyətini qəbul edib.
Avropa Xalq Partiyasının böyük nümayəndə heyəti ilə Azərbaycana səfərindən məmnunluğunu ifadə edən dövlətimizin başçısı ölkəmizin müvafiq strukturları ilə Avropa Xalq Partiyası arasında əməkdaşlığın uğurla inkişaf etdiyini vurğuladı. Prezident İlham Əliyev nümayəndə heyətinin Azərbaycan üçün tarixi əhəmiyyət daşıyan bir gündə ölkəmizə səfərini yaxın tərəfdaşlıq əlaqələrimizin yaxşı göstəricisi kimi dəyərləndirdi. Dövlətimizin başçısı əməkdaşlığımızın bundan sonra da genişləndiriləcəyinə ümidvar olduğunu bildirdi.
Dörd il bundan əvvəl Bakıya səfər etdiyini vurğulayan Mərkəzçi Demokratlar İnternasionalının vitse-prezidenti və Genişlənmə Komitəsinin sədri David Mario ötən dövr ərzində paytaxtda böyük dəyişikliklərin şahidi olduğunu və həyata keçirilən sürətli inkişaf proseslərinin onlarda dərin təəssürat yaratdığını dedi.
David Mario bu gün səhər artıq bir neçə seçki məntəqəsində müşahidələr apardıqlarını dedi və gün ərzində Bakıda və ölkəmizin müxtəlif regionlarında müşahidələrini davam etdirəcəklərini bildirdi. Azərbaycan üçün əsas məsələlərdən biri olan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə toxunan qonaq ötən səfərində nümayəndə heyəti ilə birlikdə cəbhə bölgəsində olduğunu xatırladı və Avropa Xalq Partiyasının nümayəndələri olaraq münaqişə ilə bağlı əsl həqiqətlərin beynəlxalq ictimaiyyətin diqqətinə çatdırılması işinə töhfə verə biləcəklərini vurğuladı. O, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Azərbaycanın beynəlxalq hüquqa əsaslanan konstruktiv mövqeyini dəstəklədiklərini bildirdi.
14:08
23:13
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Rusiya Federasiyasına işgüzar səfəri aprelin 22-də başa çatıb.
22 aprel 2024, 23:1321:00
20:48
Aprelin 22-də Moskvada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Rusiya Federasiyasının Prezidenti Vladimir Putin birgə nahar ediblər.
22 aprel 2024, 20:4816:40
11:50
16:58
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
1. Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 15 iyul tarixli 305 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu,...
19 aprel 2024, 16:5816:56
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununda dəyişiklik...
19 aprel 2024, 16:5616:54
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 29 dekabr tarixli 907 nömrəli...
19 aprel 2024, 16:5416:52
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2024-cü il 29...
19 aprel 2024, 16:5216:50
Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 6-cı bəndini rəhbər tutaraq qərara alır:
Maddə 1. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində (Azərbaycan...
19 aprel 2024, 16:5016:55
2023-cü il noyabrın 10-da Türkiyə Respublikasının İstanbul şəhərində keçirilmiş İslam Əməkdaşlıq Təşkilatının Gənclər Forumu İcraiyyə Şurasının 11-ci iclasında Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhəri yekdilliklə İslam...
17 aprel 2024, 16:55