İlham Əliyev Zərdab rayonunda olmuşdur

06 may 2011, 21:20
İlham Əliyev Zərdab rayonunda olmuşdur

Ağcabədiyə səfərini başa çatdıran Azərbaycan Prezidenti İlham Əliyev Zərdab rayonuna gəlmişdir.

Dövlət başçısı əvvəlcə ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət etdi, önünə gül dəstəsi qoydu.

Prezident İlham Əliyev rayonun mərkəzində ümummilli liderin adını daşıyan parkda Heydər Əliyev Mərkəzinin eskiz layihəsinə baxdı.

Parkla tanışlıq zamanı dövlətimizin başçısına məlumat verildi ki, bu istirahət mərkəzi zərdablıların ən çox üz tutduqları məkandır. Bunu nəzərə alaraq, parkın müasirləşməsi və daha da gözəlləşməsi üçün son vaxtlar bir sıra yenidənqurma işləri aparılmış, elektrik dirəkləri təzələnmiş, əraziyə 5 min kvadratmetr mərmər plitə döşənmiş, geniş yaşıllaşdırma işləri aparılmışdır.

Prezident İlham Əliyev Heydər Əliyev Mərkəzinin tikintisi çərçivəsində hazırlıq işləri ilə də tanış oldu. Dövlətimizin başçısına məlumat verildi ki, ulu öndərin əziz xatirəsini əbədiləşdirmək və onun zəngin irsinin öyrənilməsi məqsədi ilə yaradılacaq mərkəzin ümumi sahəsi min kvadratmetrdən artıq olan ikimərtəbəli binasında ümummilli liderin titanik ictimai-siyasi fəaliyyətinin müxtəlif məqamlarını əks etdirən fotolar, kitablar və digər eksponatlar nümayiş olunacaqdır. Birinci mərtəbədə gənclərin müxtəlif sənət vərdişlərinə yiyələnməsi üçün rəsm, şahmat, kompyuter, xalçaçılıq otaqları və digər otaqlar yerləşəcəkdir. İkinci mərtəbə iclas zalı və kitabxanadan ibarət olacaqdır.

Prezident İlham Əliyev Zərdab rayonu ictimaiyyətinin nümayəndələri ilə görüşdü.

Zərdablılar dövlətimizin başçısını hərarətlə qarşıladılar.

Prezident İlham ƏLİYEV ictimaiyyət nümayəndələrini salamlayaraq soruşdu:

- Zərdab rayonunda işlər necə gedir?

SAKİN: Əla, yüksək səviyyədə.

Prezident İlham ƏLİYEV: Çox yaxşı.

SAKİN: Allah Sizə ömür versin! Allah Sizi qorusun! Cənab Ali Baş Komandan, biz Sizdən çox razıyıq. Biz Sizi ürəkdən sevirik. Həsən bəy Zərdabi yurdu həmişə Sizi dəstəkləmişdir. Siz ulu öndərin siyasətini uğurla davam etdirirsiniz. Bu möhtəşəm işlərə görə Sizə çox minnətdarıq. Rayonumuza təyin etdiyiniz başçı da bizə çox yaxşı baxır. Rayonumuz çox abadlaşıb. Bu, bizi çox sevindirir. Zərdabda çox gözəl işlər görülür. Ümumiyyətlə Siz çox gözəl insansınız.

Prezident İlham ƏLİYEV: Çox sağ olun, təşəkkür edirəm.

SAKİN: Allah Sizi Azərbaycan xalqına çox görməsin. Siz Azərbaycan üçün böyük işlər görürsünüz.

Prezident İlham ƏLİYEV: Sağ olun.

SAKİN: Hörmətli Prezident, mən çox şadam ki, Sizin atanızla, ulu öndərimizlə də görüşmüşəm. Çox xoşbəxtəm ki, indi Sizinlə görüşürəm.

Prezident İlham ƏLİYEV: Çox sağ olun. Mən çox şadam ki, burada işlər yaxşı gedir, burada böyük planlar vardır. Hər bir rayon üzrə konkret proqramlar var, təkliflər vardır. İndi yerlərdən gələn təkliflərə baxırıq. Hər bir rayon üzrə konkret proqram icra olunmalıdır. O cümlədən Zərdab rayonunda bütün işlər yüksək səviyyədə görülməlidir. Rayonların inkişafı, abadlıq, quruculuq işləri, yolların, su, qaz xətlərinin çəkilişi, bütün bu məsələlər çox vacibdir. Hər bir rayon üzrə konkret proqram icra olunur. Ona görə mən istəyirəm Sizdən soruşum, hansı məsələlər öz həllini gözləyir, hansı məsələlərə daha da böyük diqqət göstərilməlidir? Harada biz daha da çevik siyasət aparmalıyıq?! Mənim bölgələrə səfərlərimin səbəbi bundan ibarətdir. Həm vəziyyətlə tanış olmaq, həm də Sizdən eşitmək ki, əlavə hansı işlər görülməlidir?

SAKİN: Hörmətli cənab Prezident, bu gün rayonumuzun camaatı çox sevinir ki, Siz Zərdaba ikinci dəfə təşrif buyurmusunuz. Bu səfər insanların qəlbində çox böyük qürur, sevinc hissi yaradır. Sizə “Xoş gəlmisiniz” deyirik.
Rayondakı abadlıq, quruculuq işlərindən danışan müəllimə Vüsalə KƏRİMOVA bir çox sosial obyektlərin, xidmət müəssisələrinin, Qarabağ əlilləri üçün mənzillərin inşa edildiyini, yolların abadlaşdırılmasının geniş vüsət aldığını diqqətə çatdırdı. O, son illər rayonda yeni məktəblərin tikilməsinə, onların maddi-texniki bazasının güclənməsinə dövlət dəstəyi ilə yanaşı, Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın da xidmətlərini xüsusi qeyd etdi.

Prezident İlham ƏLİYEV: Sizdə qazlaşdırma ilə bağlı vəziyyət necədir?

SAKİN: Yaxşıdır. Bu işə kəndlərdə də başlayıblar.

Prezident İlham ƏLİYEV: Başlayıblarmı?

SAKİN: Bəli, başlayıblar.

Prezident İlham ƏLİYEV: Bəs rayon mərkəzi necə, qazlaşdırılırmı?

Rayon İcra hakimiyyətinin başçısı Lütvəli BABAYEV: Cənab Prezident, rayonun mərkəzi tamamilə qazlaşdırılıb. Hazırda Sizin diqqət və qayğınız sayəsində Dövlət Proqramına uyğun olaraq 41 kənddə qazlaşdırma işlərinə başlanılıb və hazırda işlər sürətlə gedir. Bayaq qeyd olunduğu kimi, təbii fəlakətin rayonumuza vurduğu ziyanın nəticələri Sizin diqqət və qayğınız sayəsində tez bir zamanda aradan qaldırılıb. 60,6 kilometr uzunluğunda, 8 metr enində bənd işləri görülüb.

Prezident İlham ƏLİYEV: Tikilib qurtarıb?

Lütvəli BABAYEV: Xeyr, Kürün Zərdab rayonu ərazisindən keçən 87 kilometrlik hissəsində Sizin tapşırığınıza əsasən hazırda 233 texnika, 300 canlı qüvvə bəndbərkitmə işləri ilə məşğuldur.

Prezident İlham ƏLİYEV: İşlər necə gedir, sürətlə gedirmi? 

Lütvəli BABAYEV: Bəli, sürətlə gedir. İnsanlarımız çox razıdırlar və bu gün əhval-ruhiyyə çox yüksək səviyyədədir. 

Prezident İlham ƏLİYEV: Bəs evlərin tikintisi necə gedir? 

Lütvəli BABAYEV: Cənab Prezident, Sizin tapşırığınıza əsasən yaradılmış komissiya - Fövqəladə Hallar Nazirliyinin alt komissiyası üç dəfə bizim rayonumuzda olmuş, dəymiş ziyan yüksək diqqət və qayğınız sayəsində aradan qaldırılmışdır. Hazırda həmin ərazidə məktəb, bağça, tibb məntəqəsi binaları inşa olunur və işlər yüksək səviyyədə gedir. Bu ərazi Zərdabın ən yüksək yeridir. Nə qədər su daşsa da, təhlükə yoxdur. 

Prezident İlham ƏLİYEV: Heç bir təhlükə yoxdur? 

Lütvəli BABAYEV: Xeyr, cənab Prezident, yoxdur. 2010-cu ildə Göyçay, Türyançay çayları da təhlükə törədirdi. Sizin tapşırığınıza əsasən görülən işlər sayəsində o təhlükə tamamilə aradan qaldırılmışdır. İndi sürətlə bəndbərkitmə işləri aparılır. 

Prezident İlham ƏLİYEV: Çox yaxşı. Elektrik enerjisi ilə təchizat sarıdan vəziyyət necədir? Qaydasındadırmı? 

SAKİNLƏR: Çox yaxşıdır. Qaydasındadır. 

Prezident İlham ƏLİYEV: Rayon üçün əlavə nə işlər görülməlidir? Hansı təklifləriniz, təşəbbüsləriniz var? Hansı məsələlər tezliklə öz həllini tapmalıdır? 

SAKİN: Sizin tapşırığınıza əsasən hazırda rayonumuzda kanalizasiya və içməli su məsələləri həll olunur. 

Prezident İlham ƏLİYEV: Layihəyə başlayıblar? 

SAKİN: Nümayəndələr gəliblər. 

Prezident İlham ƏLİYEV: Yaxın zamanlarda başlamalıdır. 

Lütvəli BABAYEV: Möhtərəm Prezident, Sizin tapşırığınıza əsasən Dövlət Proqramında Zərdab rayonu ilə bağlı nəzərdə tutulmuş 13 maddənin 10-u artıq həyata keçirilmişdir. Biri idman kompleksinin tikintisidir. 

Prezident İlham ƏLİYEV: O layihə vardır. 

Lütvəli BABAYEV: Bəli, vardır. Sizin tapşırığınızla Dövlət Proqramına daxil edilmiş bu məsələlər zərdablılar üçün çox vacibdir. Artıq o işlərə başlanılıb. 

Prezident İlham ƏLİYEV: Su və kanalizasiya xətlərinin çəkilişinə tezliklə başlanmalıdır. Yəqin ki, ya bu il, ya gələn il başlanmalıdır və iki il ərzində bütün bu layihə başa çatmalıdır. Əfsuslar olsun ki, su və kanalizasiya xətlərinin çəkilişi bütün bölgələr üçün ənənəvi problem olaraq qalır. Artıq bu işlərə də təkan verilmişdir. Bəzi rayonlarda işlər başlayıb, bəzi rayonlarda hazırlıq işləri gedir. Yaxın zamanlarda bu məsələ də öz həllini tapacaq. Beləliklə də qazlaşdırma, elektrik enerjisi ilə təchizat, su, kanalizasiya xətlərinin, kənd yollarının çəkilişi - bunlara da böyük ehtiyac var. Zərdab rayonunda da kənd yolları, əksər yollar torpaq yollarıdır. Onlara da asfalt vurulmalıdır. Konkret təkliflər verin. Bəzi rayonlarda müəyyən işlər görülüb, yollar çəkilib, burada da çəkilməlidir. Rayonda neçə kənd vardır? 

Lütvəli BABAYEV: 41 kəndimiz vardır. 

Prezident İlham ƏLİYEV: Əhali nə qədərdir? 

Lütvəli BABAYEV: Hazırda rayonumuzun 54 min əhalisi vardır. Sizin tapşırığınıza əsasən artıq 41 kənddə 119 kilometr kəndarası yollar çəkilməlidir. 

Prezident İlham ƏLİYEV: Təkliflərinizi vermisiniz? 

Lütvəli BABAYEV: Bəli, cənab Prezident vermişik. 

SAKİN: Cənab Prezident, veteranlarımız da, gənclərimiz də Sizi həddən artıq çox istəyirlər. 

Prezident İlham ƏLİYEV: Sağ olun, mən də sizi çox istəyirəm. Veteranlara həmişə qayğı göstərilibdir və göstəriləcəkdir. O vəsait bu günlərdə sizə çatıbmı? 

SAKİN: Çatıb. Bu diqqət və qayğı bizi çox sevindirir. 

Prezident İlham ƏLİYEV: Siz buna layiqsiniz. 

SAKİN: Mən idmançı olmuşam, birinci dərəcəli alpinistəm. Veteranlarımız da, gənclərimiz də Sizin siyasətinizi dəstəkləyirlər. Biz hamımız bir nəfər kimi, Sizin ətrafınızda birləşmişik. Sizin sadiq köməkçilərinizik. 

Prezident İlham ƏLİYEV: Sağ olun. Mən bir qədər əvvəl vəsait ayırdım ki, bayrama qədər hamıya çatsın. Pensiyaların da məsələsinə baxılır, yenə də baxılacaqdır. 

Gənclər üçün də şərait yaradılıb, Dövlət Proqramı qəbul olunacaqdır. Hər yerdə gənclər mərkəzləri tikilməlidir. Gənclərimiz ölkəmizin inkişafı yolunda fəal işləməli və çalışmalıdırlar. Bütün insanlar bir məqsəd uğrunda çalışmalıdırlar ki, ölkəmizi daha da gücləndirək, inkişaf etdirək, müasir dövlət yaradaq. Buna nail olmaq üçün bütün rayonlarda işlər yaxşı, yüksək səviyyədə getməlidir.

SAKİN: Cənab Prezident, veteranlarımızın, gənclərimizin bir arzusu vardır: Ancaq və ancaq Qarabağ məsələsi həll olunsun. Əminik ki, Sizin səyləriniz nəticəsində bu məsələ həllini tapacaqdır. Biz bunu səbirsizliklə gözləyirik. Sağ olun.

X X X

Rayon ictimaiyyətinin nümayəndələri Prezident İlham Əliyev ilə xatirə şəkli çəkdirdilər. 

SƏNƏDLƏR Sərəncamlar 07 noyabr 2024
18:08
“Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqi (AZCON)” publik hüquqi şəxsin Müşahidə Şurasının tərkibinin təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

“Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqi” publik hüquqi şəxsin Müşahidə Şurasının aşağıdakı tərkibi təsdiq...

07 noyabr 2024, 18:08
SƏNƏDLƏR Fərmanlar 07 noyabr 2024
18:06
“Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqi (AZCON)” publik hüquqi şəxsin idarəetməsinə veriləcək dövlət müəssisələrinin, habelə dövlət payı olan təsərrüfat cəmiyyətlərinin və publik hüquqi şəxslərin siyahısı

Azərbaycan Respublikası Prezidentinin

2024-cü il 7 noyabr tarixli Fərmanı ilə təsdiq edilmişdir

1. “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyəti

2. “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti

3. “Azərbaycan Xəzər...

07 noyabr 2024, 18:06
SƏNƏDLƏR Fərmanlar 07 noyabr 2024
18:04
Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqinin yaradılması və bununla əlaqədar bəzi məsələlərin həll edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, nəqliyyat və kommunikasiya sahələrində fəaliyyət göstərən dövlət müəssisələrinin işinin təkmilləşdirilməsi, o cümlədən iqtisadi...

07 noyabr 2024, 18:04
SƏNƏDLƏR Sərəncamlar 07 noyabr 2024
17:10
Azərbaycan Respublikası Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələrin verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 24-cü bəndini rəhbər tutaraq qərara alıram:

Azərbaycan Respublikası Müdafiə Nazirliyinin aşağıdakı hərbi qulluqçularına ali hərbi rütbələr verilsin:

“general-polkovnik” ali...

07 noyabr 2024, 17:10
SƏNƏDLƏR Qanunlar 07 noyabr 2024
12:32
“Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında”, “Kitabxana işi haqqında”, “Sağlamlıq imkanları məhdud şəxslərin təhsili (xüsusi təhsil) haqqında” və “Poçt haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 1-ci bəndini rəhbər tutaraq qərara alır:

Maddə 1. “Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında” Azərbaycan Respublikası...

07 noyabr 2024, 12:32
SƏNƏDLƏR Qanunlar 07 noyabr 2024
12:30
“Qida təhlükəsizliyi haqqında” Azərbaycan Respublikasının 2022-ci il 5 may tarixli 523-VIQ nömrəli Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikasının bir sıra qanunlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 1-ci, 10-cu, 11-ci, 18-ci və 20-ci bəndlərini rəhbər tutaraq, “Qida təhlükəsizliyi haqqında” Azərbaycan Respublikasının...

07 noyabr 2024, 12:30