10:11
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Almaniya Federativ Respublikasının Prezidenti Frank-Valter Ştaynmayer ilə təkbətək görüşü başlayıb.
02 aprel 2025, 10:11Müdafiə Sənayesi Nazirliyi “Şərq” İstehsalat Birliyinin “AZAD Sistemlər” müəssisəsində hazırlanan müasir kəşfiyyat element bazasına və taktiki məhvedici hücum sisteminə malik “Zərbə” pilotsuz uçuş aparatlarının təqdimatı olub.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tədbirdə iştirak edib.
Dövlət başçısı əvvəlcə müəssisənin qarşısında ümummilli lider Heydər Əliyevin abidəsinin önünə gül dəstəsi qoydu.
Müdafiə sənayesi naziri Yavər Camalov görülən işlərlə bağlı Prezident İlham Əliyevə məlumat verdi.
Dövlət başçısının diqqəti və qayğısı nəticəsində xüsusi təyinatlı avadanlıqların və texniki vasitələrin alınıb elmi-texniki işlərə tətbiqi geniş vüsət alıb. Bu, müəssisədə istehsal prosesinin daha səmərəli olmasına zəmin yaradıb. Bildirildi ki, Müdafiə Sənayesi Nazirliyinin müəssisələrində digər hərbi təyinatlı məhsulların istehsalı ilə bərabər, taktiki-texniki parametrli müxtəlif sinifli pilotsuz uçuş aparatlarının yaradılması, istehsalı, həmçinin texniki qulluq göstərilməsi istiqamətində ardıcıl planlı işlər davam etdirilir. Təcrübi-konstruktor işləri başa çatdıqdan sonra məhsulların istehsalı həyata keçirilir. O cümlədən pilotsuz uçuş aparatlarının texnoloji proseslərə uyğun istehsalı işləri də görülür.
Prezident İlham Əliyev “Zərbə” pilotsuz uçuş aparatı ilə tanış oldu.
Dövlət başçısı müəssisədə istehsal edilən məhsulların nümayiş olunduğu filmə baxdı.
Diqqətə çatdırıldı ki, məmulatların istehsalı üçün hissələr ilkin mərhələdə konstruksiya ölçülərinə uyğun kompozit materiallardan hazırlanır. Daha sonra xüsusi qəliblərdə hazırlanan hissələr yoxlanılaraq yığım sexinə verilir və quraşdırma prosesi aparılır. Qurğuda xüsusi izləmə mini optik kamerası yerləşdirilir. Aparat xüsusi elektron mühafizə sisteminə malik olmaqla, elektron maneə vasitələrinə qarşı dayanıqlıdır. Peyk GPS əlaqəsi itən zaman aparat sərbəst döyüş tapşırığını yerinə yetirməyə qadirdir. Məhsulun istehsalı ilə müxtəlif ixtisaslar üzrə xüsusi təlim-tədris kursu keçmiş milli kadrlar məşğul olurlar. Xüsusi test yoxlamalarından sonra pilotsuz uçuş aparatları Silahlı Qüvvələrin istifadəsinə verilir.
Son illər müəssisənin mühəndisləri tam yeni sinif PUA-ların yaradılması istiqamətində elmi-texniki axtarışlar aparıblar və nəticədə daha mükəmməl məhsulların istehsalına başlanılıb. Yeni yaradılan “Zərbə” PUA gecə və gündüz, istənilən hava şəraitində sərbəst şəkildə düşməni izləmək və ona zərbə endirmək imkanına malikdir. Həmçinin partladıcı gücə malik yeni aparat qəlpəli fuqaslı piyada əleyhinə, müxtəlif texnikaya və canlı qüvvəyə qarşı effektivdir. Aparat əməliyyat baxımından xüsusi avadanlıqlarla təchiz edilmiş yüksək keçid qabiliyyətinə malik “K1-Zərbə” mobil xüsusi zirehli maşına quraşdırılıb və istənilən zaman düşmənə sarsıdıcı zərbə endirə bilər. Ötən müddətdə müəssisədə müxtəlif sinifli mini PUA-lara texniki qulluq göstərilərək saz vəziyyətə gətirilib və onlar təhvil verilməklə döyüş mövqeləri daim əməliyyat nəzarətində saxlanılır.
Bildirildi ki, 2016-cı ilin aprel hadisələri zamanı müəssisə fasiləsiz iş rejiminə keçib və müxtəlif tipli PUA-lar qısa müddətdə təmir edilərək döyüş zonasına göndərilib.
Dövlət başçısına müəssisədə istehsal olunacaq “Orbitr 4” və “Orbitr 3” müşahidə-kəşfiyyat xarakterli pilotsuz uçuş aparatları barədə də məlumat verildi.
Prezident İlham Əliyev Müdafiə Sənayesi Nazirliyinin muzeyində saxlanmaq üçün hazırlanan pilotsuz uçuş aparatının qanadını imzaladı.
Bildirildi ki, müəssisədə təşkil edilən kurslara Müdafiə Nazirliyinin PUA üzrə hərbi qulluqçuları arasında xüsusi seçim aparılmaqla, 70-ə yaxın kursant cəlb olunub. Təlim-tədris kurslarını müvəffəqiyyətlə bitirən kursantlara müxtəlif ixtisaslar üzrə sertifikatlar verilib. Bu müdavimlər hazırda PUA-ları idarə etməklə düşmənin bütün hərəkətlərini günün istənilən vaxtında - gecə və gündüz nəzarətdə saxlayaraq, verilən tapşırıqları yerinə yetirmək məharətinə malikdirlər.
Əldə olunan nəticələrlə kifayətlənməyən müəssisənin kollektivi ölkəmizin müdafiə qüdrətinin artırılması istiqamətində qarşıya qoyulan yeni vəzifələrin icrası məqsədilə elmi-texniki və konstruktor-texnoloji layihələr üzərində işləri davam etdirir.
Sonda dövlətimizin başçısı müvafiq tapşırıq və tövsiyələrini verdi.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Almaniya Federativ Respublikasının Prezidenti Frank-Valter Ştaynmayer ilə təkbətək görüşü başlayıb.
02 aprel 2025, 10:11Aprelin 2-də Almaniya Federativ Respublikasının Prezidenti Frank-Valter Ştaynmayerin rəsmi qarşılanma mərasimi olub.
Hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı meydanda Almaniya Prezidentinin şərəfinə fəxri qarovul dəstəsi...
02 aprel 2025, 10:05Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə
Zati-aliləri, hörmətli cənab Prezident.
Novruz bayramı münasibətilə Sizə və Azərbaycan xalqına Bosniya və Herseqovinanın Rəyasət Heyəti adından və şəxsən öz...
01 aprel 2025, 20:08Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə
Hörmətli İlham Heydər oğlu.
Sizi və qardaş Azərbaycan xalqını İslam ümmətinin böyük bayramı – Ramazan münasibətilə səmimi-qəlbdən təbrik edirəm. ...
01 aprel 2025, 20:07Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə
Çox hörmətli İlham Heydər oğlu.
Dünyanın ən əziz və sevilən bayramlarından biri olan nurlu Novruz bayramı münasibətilə səmimi təbriklərimi və Sizə olan dərin...
01 aprel 2025, 20:06Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə
Hörmətli İlham Heydər oğlu.
Novruz bayramı münasibətilə səmimi təbriklərimi və ən xoş arzularımı qəbul edin.
Qədim dövrlərdən bəri dünyanın müxtəlif...
01 aprel 2025, 20:04Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə
Zati-aliləri, hörmətli cənab Prezident.
Mübarək Ramazan bayramı münasibətilə ən səmimi təbriklərimi qəbul edin.
Mərhəmət, dərin düşüncə və mənəvi saflıq...
01 aprel 2025, 20:03Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə
Möhtərəm cənab Prezident.
Sizi təbiətin oyanışından xəbər verən, ülvi niyyətlər bayramı olan Novruz münasibətilə ürəkdən təbrik edir, fəaliyyətinizdə uğurlar,...
01 aprel 2025, 20:02Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə
Hörmətli İlham Heydər oğlu.
Sizi möhtəşəm bahar bayramı olan Novruz münasibətilə təbrik edirəm. Qoy bu bayram xalqlarımızın dostluğunu, birliyini daha da...
01 aprel 2025, 20:01Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə
Çox hörmətli İlham Heydər oğlu.
Sizi və bütün həmvətənlərinizi möhtəşəm Novruz bayramı münasibətilə səmimi-qəlbdən təbrik edirəm.
Ölkələrimizi çoxəsrlik...
01 aprel 2025, 20:00Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə
Cənab Prezident, Əziz Qardaş.
Mübarək Ramazan bayramı münasibətilə Sizə ən səmimi təbriklərimi çatdırmaqdan məmnunluq duyuram.
Bu xoş fürsətdən istifadə edərək...
01 aprel 2025, 19:02Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə
Hörmətli cənab Prezident.
TÜRKSOY-un Baş Katibliyi, Türkdilli Ölkələrin Mədəniyyət Nazirlərinin Daimi Şurası adından və şəxsən öz adımdan Zati-alinizi və qardaş...
01 aprel 2025, 18:31