19 sentyabr 2016, 18:30

Qurbanov Daxil, Xaçmaz, Azərbaycan

Hörmətli cənab Prezident,

Sizin regionların inkişafına olan diqqət və qayğınızın nəticəsidir ki, respublikamız gündən-günə çiçəklənərək inkişaf edir. Sentyabrın 8-də Sizin Xaçmaz rayonuna olan səfəriniz işimizə böyük dönüş yaradıb. Səfəriniz zamanı açılışını etdiyiniz müəssisələr insanların sosial-iqtisadi rifahının yaxşılaşması üçün gördüyünüz işlərdəndir. Bu da ölkə Prezidentinin hər zaman öz vətəndaşlarının yanında olduğunun sübutudur.

Xaçmaz rayonu Müqtədir qəsəbə ziyalıları hər zaman Sizinlədir və Sizi dəstəkləyir. Öz adımdan Sizə təşəkkürümü və minnətdarlığımı bildirirəm.

Hörmətlə,

Qurbanov Daxil Həsrət oğlu

Müqtədir qəsəbə tam orta məktəbin direktoru

Azərbaycan Respublikası, Xaçmaz rayonu.