16:38

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası publik hüquqi şəxsin yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 3 fevral tarixli 760 nömrəli Fərmanına və “Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasının Nizamnaməsinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 10 mart tarixli 828 nömrəli Fərmanına uyğun olaraq qərara alıram:
“Azərbaycan Respublikası Maliyyə Nazirliyinin fəaliyyətinin təkmilləşdirilməsi tədbirləri haqqında” Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 9 fevral tarixli 48 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009, № 2, maddə 61, № 7, maddə 533, № 10, maddə 780, № 12, maddə 983; 2010, № 2, maddələr 77, 80; 2011, № 2, maddə 85; 2015, № 2, maddə 108, № 9, maddə 988) aşağıdakı dəyişikliklər edilsin:
1. Preambuladan “sığorta fəaliyyəti,” sözləri çıxarılsın.
2. 1-ci hissədən “və Dövlət Sığorta Nəzarəti Xidməti” sözləri çıxarılsın.
3. 9-cu hissə ləğv edilsin.
4. Həmin Fərmanla təsdiq edilmiş Əlavə I - “Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Strukturu”nun 5-ci hissəsi ləğv edilsin.
5. Həmin Fərmanla təsdiq edilmiş Əlavə II - “Azərbaycan Respublikasının Maliyyə Nazirliyi haqqında Əsasnamə” üzrə:
5.1. 1-ci hissədən “sığorta fəaliyyəti,” sözləri çıxarılsın;
5.2. 7.4-cü bənd ləğv edilsin;
5.3. 7.10-cu bənd aşağıdakı redaksiyada verilsin:
“7.10. ölkə iqtisadiyyatına xarici və daxili kreditlərin cəlb edilməsi sahəsində zəruri tədbirlərin həyata keçirilməsini təmin edir;”;
5.4. 7.11-ci bənddən “sığorta fəaliyyətinə nəzarət,” sözləri çıxarılsın;
5.5. 8.28-ci bənddən “sığorta fəaliyyətinə nəzarəti təşkil etmək,” sözləri çıxarılsın;
5.6. 8.29-cu bənd ləğv edilsin;
5.7. 8.53-cü bənddən “sığorta fəaliyyətinə nəzarət,” sözləri çıxarılsın;
5.8. 8.67-ci bənddən “və dövlət sığorta nəzarəti” sözləri çıxarılsın;
5.9. 9.8-ci və 9.9-cu bəndlər ləğv edilsin;
5.10. 10-cu hissədən “Dövlət Sığorta Nəzarəti Xidməti,” sözləri çıxarılsın;
5.11. 18.2-ci bənddən “Dövlət Sığorta Nəzarəti Xidmətinin,” sözləri çıxarılsın;
5.12. 18.5-ci bənddən “sığorta fəaliyyəti,” sözləri çıxarılsın;
5.13. 27-ci hissənin birinci cümləsindən “, sığorta tənzimlənməsi və nəzarəti metodikasının” sözləri çıxarılsın.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 9 sentyabr 2016-cı il.
Aprelin 23-də Pekində Çin Xalq Respublikasının Sədri Si Cinpinin və birinci xanım Pen Liyuanın adından Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın şərəfinə rəsmi ziyafət verilib.
23 aprel 2025, 12:15Xəbər verildiyi kimi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Çin Xalq Respublikasına dövlət səfəri çərçivəsində aprelin 23-də Pekində “Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında hərtərəfli strateji...
23 aprel 2025, 10:57