Şirvan-Muğan magistral kəmərindən çəkilmiş yeni içməli su xəttinin açılışında İlham Əliyevin nitqi

03 sentyabr 2016, 16:00
Şirvan-Muğan magistral kəmərindən çəkilmiş yeni içməli su xəttinin açılışında İlham Əliyevin nitqi

Mən sizi ürəkdən salamlayıram. İndicə mənə bu layihə haqqında məlumat verildi. 2012-ci ildə Hacıqabul rayonunda böyük su layihəsinin təməli qoyulmuşdur. Bu böyük layihənin tərkib hissəsi olan Salyan şəhərinin su təminatı problemi bu gün öz həllini tapır. Hesab edirəm ki, bu, tarixi layihədir. Çünki bu zonada həmişə su problemi olmuşdur, insanlar korluq çəkirdilər. İndi biz məsələni həll edirik və vətəndaşlara təmiz, Dünya Səhiyyə Təşkilatının standartlarına uyğun su verilir. Bu, layihənin birinci mərhələsidir. Bundan sonra digər layihələr də icra ediləcək. Kanalizasiya xətləri də çəkilməlidir ki, Salyan rayonunda bu problem birdəfəlik həll olunsun. 

Bir neçə rayon artıq bu şəbəkəyə qoşulubdur. Bu gün Masallı rayonunda, üç il əvvəl Biləsuvarda, ondan sonra Şirvan şəhərində içməli su layihələrinin açılışında iştirak etmişəm. Neftçala rayonunun su layihələri ilə bağlı probleminin həlli hələ ki, gündəlikdədir, onlar da həll olunacaq. Yəni, məqsəd ondan ibarətdir ki, Azərbaycanın bütün şəhərlərində təmiz içməli su layihələri icra edilsin və vətəndaşlar artıq bu problemdən uzaq olsunlar.

İçməli su problemi, bildiyiniz kimi, bizdə bütün dövrlərdə çox kəskin problem olaraq qalırdı. Bizim su mənbələrimiz, əfsuslar olsun ki, məhduddur. Bizi qidalandıran əsas çaylar ölkəmizin hüdudlarından kənarda formalaşır. Ona görə, biz sudan çox səmərəli şəkildə istifadə etməliyik və edirik. Eyni zamanda, daxili mənbələr də işə salınır. Oğuz-Qəbələ-Bakı su kəmərinin çəkilişi məhz bu məqsədi güdürdü ki, biz suyu daxili mənbədən gətirək və Bakı sakinlərinə çatdıra bilək.

Kür suyunun təmizlənməsi istiqamətində çox böyük addımlar atılıb. Bu gün artıq Salyan sakinləri təmiz içməli su ilə təmin olunurlar. Bu, bir daha demək istəyirəm ki, tarixi layihədir. Çünki tarixdə ilk dəfədir ki, biz bu layihəni icra edirik və vətəndaşlar bunun xeyrini görəcəklər. Təmiz içməli su insanın orqanizmi üçün əsas şərtdir. Biz istəyirik ki, Azərbaycan vətəndaşları sağlam olsunlar, sağlam gənc nəsil yetişsin. İnsanlarımızın sağlamlığı üçün böyük addımlar atılır, o cümlədən səhiyyə sahəsində. Bu gün mən Biləsuvar Mərkəzi Rayon Xəstəxanasının açılışında iştirak etmişəm. Salyan Mərkəzi Rayon Xəstəxanası artıq neçə ildir fəaliyyət göstərir. Bütövlükdə, bu zonada bir dənə də şəhər yoxdur ki, orada müasir tibb ocağı olmasın.

Qeyd etdiyim kimi, içməli su insanların sağlamlığına bilavasitə təsir edən amildir. Bunun müsbət də, mənfi də təsiri ola bilər. Əfsuslar ki, bu vaxta qədər Salyana keyfiyyətli suyun verilməsi mümkün olmamışdır. Mənə verilən məlumata görə, bəzi hallarda birbaşa Kürdən təmizlənməmiş su götürülürdü. İndi bu problem artıq gündəlikdə deyil. Bütün digər problemlər də öz həllini tapır və tapmalıdır. Azərbaycan inamla inkişaf edir. Bütün regionlar inkişaf edir. Regionların sosial-iqtisadi inkişafı dövlət proqramları uğurla icra edilir, o cümlədən Salyan rayonunda.

İnfrastruktur layihələri icra edilir. Salyan-Bakı avtomobil yolu artıq neçə ildir ki, fəaliyyət göstərir. İndi Bakını İran sərhədi ilə birləşdirən yolun çəkilişi davam etdirilir. Kənd yolları layihələri Salyanda icra edilmişdir. Bir neçə layihə artıq istifadəyə verilib, yollar açılıb. Qazlaşdırma uğurla gedir. Salyanda qazlaşdırma təxminən 80 faiz təşkil edir. Bu da böyük nailiyyətdir. Ancaq növbəti mərhələdə biz bunu 90 faizə çatdırmalıyıq. Gələcəkdə Salyan rayonunun bütün yaşayış məntəqələri təbii qazla təmin edilməlidir.

İnfrastruktur layihələri insanlara xidmət göstərir, eyni zamanda, hər bir rayonun inkişafını sürətləndirir. İnfrastruktur olmadan inkişafdan söhbət gedə bilməz. Elektrik enerjisi, yol, qaz, suvarma imkanları olmasa, heç bir rayon, heç bir kənd inkişaf edə bilməz. Ona görə biz infrastruktur layihələrinin icrasına xüsusi diqqət göstəririk, bu məqsədlər üçün artıq çox böyük dövlət vəsaiti xərclənib və bu proses davam etdirilir. Biz infrastruktur layihələrinə bundan sonra da investisiya qoyacağıq. Yaxın vaxtlarda gələn ilin dövlət büdcəsi müzakirəyə çıxarılacaqdır. Mən artıq göstəriş vermişəm ki, dövlət büdcəmiz əlbəttə, sosialyönümlü olmalıdır, bütün sosial proqramlar orada tam şəkildə əks etdiriləcək. Eyni zamanda, sərmayə üçün də kifayət qədər vəsait nəzərdə tutulmalıdır ki, biz bu işləri davam etdirək.

Sosial infrastruktur, məktəb, xəstəxana binalarının, idman qurğularının tikintisi, yolların, elektrik, qaz, içməli su xətlərinin çəkilişi - bütün əsas şərtlər təmin edilir. Bununla paralel olaraq, hər bir rayon çalışmalıdır ki, ümumi işimizə daha da çox töhfə versin.

Rayonlarımızın potensialı böyükdür, o cümlədən Salyan rayonunun. Sadəcə olaraq, gərək, işlər düzgün qurulsun. Belə olan halda rayonlarımız öz daxili imkanları hesabına yaşaya bilər. Bizim bu gün əksər rayonlarımız subsidiya, dövlət büdcəsindən dotasiya ilə yaşayır. Buna nə qədər ehtiyac varsa, belə də olacaq. Ancaq çalışmalıyıq ki, hər bir rayonun öz imkanları, potensialı maksimum dərəcədə realizə edilsin.

Salyan rayonunun sosial-iqtisadi inkişafı üçün çox gözəl imkanlar var. Hesab edirəm ki, indi Salyan rayonunun inkişafı üçün yeni dövr, yeni mərhələ başlayır. Bu yaxınlarda yeni icra başçısı təyin edilibdir. Mən, adətən, dövlət məmurlarını tərifləmirəm, amma deyə bilərəm ki, əvvəlki işdə - Yardımlı rayonunda yaxşı işləyib. Orada da əhali razılıq edirdi və işlər yaxşı gedirdi. Nəzərə alsaq ki, Salyan rayonunda daha da böyük inkişafa ehtiyac var idi, mən onu buraya təyin etdim. Təyin edərkən bütün göstərişləri verdim, dedim ki, xalqla bir yerdə olmalısan, xalqa qayğı göstərməlisən. Rayonun bütün məsələləri həll olunmalıdır. Hansı məsələlər burada həll oluna bilərsə həll olunsun. Burada həll olunmayan məsələlər mərkəzi icra orqanları tərəfindən həll olunmalıdır. Yəni, Salyan rayonunun inkişafı üçün bütün lazımi tədbirlər görülür.

Əminəm ki, gələcəkdə burada sənayenin inkişafı sürətlə getməlidir. Mən göstəriş vermişəm hər bir rayonda sənaye zonaları yaradılsın ki, həm iş yerləri açılsın, həm də yerli istehsal artsın. Emal müəssisələri yaradılmalıdır, xüsusilə kənd təsərrüfatına daha da böyük diqqət göstərilməlidir və daha çox rayonun iqliminə, torpağına, şəraitinə uyğun bitkilər yetişdirilməlidir. İndi bütün təhlillər aparılır, təkliflər hazırlanır. Əminəm ki, yaxın gələcəkdə biz gözəl nəticələri görəcəyik.

Pambıqçılıq Salyanda bu il inkişaf edir. Misal üçün, keçən il 400 hektarda pambıq əkilmişdisə, bu il 2 min hektarda əkilibdir, yəni, beş dəfə çox. Proqram üzrə gələn il 7 min hektar sahədə pambıq əkiləcək. Ondan sonra daha da çox. Bu, əlbəttə ki, insanlara əlavə maddi imkan yaradacaq, həm məşğulluğu artıracaq, həm də ümumi işimizə bir töhfədir. İndi bizim neft gəlirlərimiz azalıb. Bu, reallıqdır. Neftin qiyməti 3-4 dəfə aşağı düşəndə, bizim valyuta gəlirlərimiz də 3-4 dəfə aşağı düşür.

Düzdür, bu gün Azərbaycan bu böhrana davam gətirə bilir. Deyə bilərəm ki, neft hasil edən ölkələrin vəziyyətinə baxsaq görərik ki, Azərbaycan ən yaxşı vəziyyətdədir. Ancaq bununla bərabər, bizə valyuta gətirən ixrac məhsulları lazımdır. Kənd təsərrüfatı məhsulları arasında bu bölgə üçün ən məqbul sahələrdən biri də pambıqçılıqdır.

1970-ci illərdə pambıqçılıqda işləyən insanlar yaxşı dolanıblar, yaxşı pul qazanıblar, evlər tikiblər. Pambıqçılıq indiki mərhələdə də insanlar üçün yeni imkanlar yaradacaq.

İnsanların məşğulluğu məsələləri daim diqqət mərkəzində olmalıdır. Biz son 13 il ərzində 1 milyon 300 min yeni iş yeri yaratmışıq. Ancaq bu, daimi proses olmalıdır. Çünki əhali artır, tələbat artır, istehlak artır. Ona görə yeni fabriklər, zavodlar, emal müəssisələri yaradılmalıdır. Hər bir rayon və rayon rəhbərliyi çalışmalıdır ki, öz rayonuna investisiyalar cəlb etsin. İnfrastruktur və sosial infrastruktur layihələrinə dövlət xətti ilə investisiyalar qoyulur və qoyulacaq. Eyni zamanda, kənd təsərrüfatının inkişafı üçün gübrəyə, yanacağa subsidiyalar verilir. Torpaq vergisi istisna olmaqla kəndlilər bütün vergilərdən azaddır. Onlara aqrolizinq yolu ilə texnika verilir. İndi ölkəmizə bir neçə 100 milyon dollar dəyərində yeni texnika gətirilir ki, kəndlilərə verilsin, onlar torpağı əkib-becərsinlər. Dövlət bu istiqamətdə də öz dəstəyini əsirgəmir.

Yerli icra orqanları isə çalışmalıdırlar ki, öz rayonlarına yerli və xarici özəl sərmayə gətirsinlər. Xaricə getmək, orada investorları inandırmaq lazımdır ki, sərmayə qoysunlar. Azərbaycanda kifayət qədər böyük firmalar, şirkətlər var. Onları maraqlandırmaq lazımdır. İndi yerli icra orqanlarının işi bundan ibarətdir. Çünki bir daha demək istəyirəm ki, əsas infrastruktur layihələrinin icrası dövlətin məsuliyyətidir. Bu layihəyə dövlət böyük vəsait ayırıb. Biz son illər ərzində su layihələrinə milyardlarla manat vəsait ayırırıq. Bu layihələr gəlir gətirmir, sırf sosial məna daşıyır. Bir çox ölkələr var ki, pul xərcləməmək üçün bu layihələri icra etmirlər. Buna vəsait xərcləmək istəmirlər, qənaət edirlər. Biz isə sosial layihələri icra edirik. Çünki bu, insanlara lazımdır. Biz bu işləri insanlar üçün yaradırıq, qururuq, ölkəmizi inkişaf etdiririk.

Ona görə, yerli icra orqanları da gərək çalışsınlar ki, onların rəhbərlik etdikləri rayonlarda işlər daha sürətlə getsin. Rayonlar arasında çox sağlam rəqabət olmalıdır. Rayon rəhbərliyinə qiymət bu nəticəyə görə veriləcək. Əlbəttə ki, rayonun fəalları, ziyalılar, bütün ictimaiyyət bu işlərdə həmişə olduğu kimi, fəal olmalı və ümumi işimizə töhfə verməlidirlər.

Sizi bu gözəl hadisə münasibətilə bir daha təbrik edirəm. Bu, əlamətdar, tarixi bir gündür. Bu günü biz bir yerdə qeyd edirik.

SƏNƏDLƏR Fərmanlar 19 aprel 2024
16:58
Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 15 iyul tarixli 305 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Miqrasiya orqanlarına qulluğa qəbul olunmaq üçün namizədlərlə müsabiqə və müsahibənin keçirilməsi qaydaları haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 15 iyul tarixli 305 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu,...

19 aprel 2024, 16:58
SƏNƏDLƏR Fərmanlar 19 aprel 2024
16:56
“Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2023-cü il 9 iyun tarixli 900-VIKQD nömrəli Konstitusiya Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununda dəyişiklik...

19 aprel 2024, 16:56
SƏNƏDLƏR Fərmanlar 19 aprel 2024
16:54
Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 29 dekabr tarixli 907 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Təhsildə Keyfiyyət Təminatı Agentliyinin Nizamnaməsi”ndə dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:                                           

Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 29 dekabr tarixli 907 nömrəli...

19 aprel 2024, 16:54
SƏNƏDLƏR Fərmanlar 19 aprel 2024
16:52
“Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2024-cü il 29 mart tarixli 1114-VIQD nömrəli Qanununun tətbiqi və “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikası Qanununun və həmin Qanunla təsdiq edilmiş Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 25 avqust tarixli 387 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2024-cü il 29...

19 aprel 2024, 16:52
SƏNƏDLƏR Sərəncamlar 17 aprel 2024
16:55
Şuşa şəhərinin 2024-cü il üçün “İslam Əməkdaşlıq Təşkilatının gənclər paytaxtı” seçilməsi ilə bağlı tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

2023-cü il noyabrın 10-da Türkiyə Respublikasının İstanbul şəhərində keçirilmiş İslam Əməkdaşlıq Təşkilatının Gənclər Forumu İcraiyyə Şurasının 11-ci iclasında Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhəri yekdilliklə İslam...

17 aprel 2024, 16:55
SƏNƏDLƏR Fərmanlar 16 aprel 2024
13:55
“Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi ilə Türkiyə Respublikasının Ali Təhsil Şurası arasında Türkiyə–Azərbaycan Universitetinin (TAU) yaradılmasına dair Anlaşma Memorandumu”nun təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 17-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. 2024-cü il fevralın 19-da Ankara şəhərində imzalanmış “Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi ilə Türkiyə...

16 aprel 2024, 13:55
SƏNƏDLƏR Qanunlar 16 aprel 2024
13:53
“Bələdiyyələrin birgə fəaliyyəti, birləşməsi, ayrılması və ləğv edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 7-ci bəndini rəhbər tutaraq qərara alır:

“Bələdiyyələrin birgə fəaliyyəti, birləşməsi, ayrılması və ləğv edilməsi...

16 aprel 2024, 13:53
SƏNƏDLƏR Fərmanlar 16 aprel 2024
13:51
“Bələdiyyələrin statusu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2024-cü il 5 aprel tarixli 1129-VIQD nömrəli Qanununun tətbiqi və “Bələdiyyələrin statusu haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 27 iyul tarixli 162 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Bələdiyyələrin statusu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının...

16 aprel 2024, 13:51