02 sentyabr 2016, 19:00

Ceyran Məmmədovadan, Bakı, Azərbaycan

Möhtərəm cənab Prezident,

Rio-de-Janeyroda Yay Olimpiya Oyunlarında idmançılarımızın 18 medal qazanması münasibətilə Sizi təbrik edirik. Əldə olunmuş nəticələr Azərbaycan xalqının böyük uğurudur. Bu uğurların kökündə Sizin möhkəm təmələ əsaslanan, xalq tərəfindən dəstəklənən siyasətiniz, Azərbaycan idmanının bugünkü inkişafına, təkcə ölkə daxilində deyil, beynəlxalq aləmdə də nüfuzunun artmasına dəstək verən əvəzedilməz fəaliyyətiniz dayanmaqdadır. Bu növbəti uğurumuz Sizin Azərbaycanda idmanın hər bir növünə, eləcə də idmançılarımıza verdiyiniz böyük dəyərin, diqqət və qayğının göstəricisidir.

Azərbaycan xalqı inanır ki, ölkəmiz günbəgün inkişaf etdikcə idmançılarımız da gələcəkdə daha böyük uğurlara nail olacaqlar.

Hörmətlə,

Nəsimi rayonu 1 nömrəli uşaq poliklinikasının kollektivi adından

Ceyran Məmmədova

Azərbaycan Respublikası, Bakı şəhəri.