01 sentyabr 2016, 09:10

Azər Xudiyevdən, Bakı, Azərbaycan

Möhtərəm cənab Prezident,

Sizin idmana olan qayğı və diqqətiniz nəticəsində Rio-de-Janeyroda keçirilmiş 31-ci Yay Olimpiya Oyunlarında idmançılarımız gözəl nəticələr əldə ediblər.

Azərbaycanın milli komandası dünya ölkələri arasında 39-cu yeri tutub, medal sayına görə ilk 15 ölkə sırasına daxil olub. İdmançılarımız 1 qızıl, 7 gümüş, 10 bürünc medal qazanıblar.

Cənab Prezident, inanırıq ki, bütün sahələrdə olduğu kimi, idman sahəsində apardığınız məqsədyönlü işlər nəticəsində də gələcək beynəlxalq yarışlarda daha böyük uğurlar qazanacağıq.

Xəstəxanamızın kollektivi də bu uğurlara sevinir və Sizin siyasətinizi dəstəkləyir.

Hörmətlə,

Azər Xudiyev

Ə.Qarayev adına 2 saylı Klinik Uşaq xəstəxanasının baş həkimi

Azərbaycan Respublikası, Bakı şəhəri.