30 avqust 2016, 17:40

Mətanət Həsənova və başqalarından Gədəbəy, Azərbaycan

Əziz və möhtərəm Prezident,

Sizi Braziliyanın Rio-de-Janeyro şəhərində keçirilən XXXI Yay Olimpiya Oyunlarında qazanılmış yüksək nailiyyətlərə və Azərbaycan idmanının inkişafında böyük xidmətlərinizə görə bütün gədəbəylilər adından səmimi qəlbdən təbrik edirik.

İdmançılarımızın qazandığı bu medallar ölkəmizdə idmanın inkişafına dövlət səviyyəsində göstərilən diqqət və qayğının nəticəsidir.

Hörmətli Prezident, bir daha Sizi bu qələbə münasibətilə bütün gədəbəylilər adından səmimi qəlbdən təbrik edir, müstəqil Azərbaycan dövlətinin möhkəmləndirilməsi, xalqımızın rifahı naminə fəaliyyətinizdə yeni-yeni uğurlar, möhkəm cansağlığı arzulayırıq.

Hörmətlə,

Gədəbəy rayon ictimaiyyəti adından

Həsənova Mətanət Talıb qızı,

Şirinova Esmira Aydın qızı,

Hüseynov Ənvər Məmməd oğlu,

Şamilov Abbas Cəlil oğlu,

Məmmədov Kəmaləddin Əli oğlu. 

Azərbaycan Respublikası, Gədəbəy rayonu.