30 avqust 2016, 18:00

Tural Kərimov və başqalarından, Mingəçevir, Azərbaycan

Möhtərəm cənab Prezident, 

Respublikamızın müstəqilliyinin bərpa edilməsindən keçən 25 il ərzində ölkəmizdə hər bir sahədə olduğu kimi, idman və bədən tərbiyəsi sahəsində də böyük uğurlar, nailiyyətlər əldə edilib. Bu uğurlar ümummilli lider Heydər Əliyev siyasətinin təntənəsidir. Ötən illər ərzində ölkəmizdə dövlət tərəfindən bədən tərbiyəsi və idmana olan münasibət, idman ictimaiyyətinə qayğı, idman infrastrukturunun inkişafına verilən diqqət və olimpiya hərəkatının inkişafı üçün doğru müəyyənləşdirilən siyasi strategiya Azərbaycanın dünyada idman sahəsində tanınmasına və böyük zəfərlərin qazanılmasına səbəb olub.

1997-ci ildən Milli Olimpiya Komitəsinə rəhbərlik etməyiniz, ölkə Prezidenti seçildikdən sonra da bu postda qalmaqla idman sahəsinə birbaşa rəhbərliyiniz idmançılarımızın ildən-ilə beynəlxalq arenalarda qazandığı uğurlarının sayının artmasında, respublikamızın inkişaf etmiş müasir idman ölkəsi kimi tanınmasında əsas təminatçı olub.

Bu günlərdə XXXI Yay Olimpiya Oyunlarında Azərbaycan Olimpiyaçılarının parlaq qələbəsi, 207 iştirakçı ölkə arasında medal sayına görə sıralamada 15-ci yerə sahib olması, ölkəmizin tarixində ilk dəfə olimpiadada 18 medal qazanmağımız hər bir azərbaycanlı kimi bizdə də böyük qürur və sevinc hissləri yaratdı. Mingəçevirli olaraq, xüsusilə ilk dəfə avarçəkmə idman növündə əldə olunan medallar bizi daha çox həyəcanlandırdı. 2010-cu ildə istifadəyə verilən “Kür” OTİM-də hazırlıq keçən avarçəkənlərin bu uğuru bizi ikiqat sevindirdi.  

Hörmətlə,

Mingəçevir şəhər gəncləri adından

Tural Kərimov

Gənclər üçün Təhsil Mərkəzinin direktoru,

Şəhla Əhmədova

“İşıqlı gələcək” GİB-in sədr müavini,

Namiq İbrahimli

Vətənpərvərlik klubunun rəhbəri,

Humay Baxışova

Xarici dillər klubunun rəhbəri, 

Arifə Məmmədova

Uşaqlar üçün Hüquqi Xidmət Mərkəzi,

Firəngiz Telmanlı

ofis-menecer,

Azər Abdullayev

Musiqi dərnəyinin rəhbəri,

Turqut Əlibəyli

Könüllülər üzrə koordinator,

Fəridə Həşimova

Kompyuter proqramları üzrə təlimçi,

Kamal Əhmədov

Layihələr üzrə koordinator,

Vüsal Mahmudov

İntellektual Oyunlar Klubunun rəhbəri.

Azərbaycan Respublikası, Mingəçevir şəhəri.