30 avqust 2016, 15:40

Möhübbət Mədətov və başqalarından, Ağsu, Azərbaycan

Hörmətli cənab Prezident,

Azərbaycanın dövlət siyasətinin sosialyönümlülüyü görülən hər bir işdə, icra olunan hər bir layihədə özünü büruzə verir. Uzun illər təmir olunmadığına görə yararsız vəziyyətə düşmüş kənd yollarının abadlaşdırılması bunun əyani sübutudur. Hər bir yaşayış məntəqəsinin abadlığının əsas şərti onun yolunun rahat olmasıdır. Ağsu rayonunda bir çox yaşayış məntəqələrini birləşdirən kənd yolları asfaltlaşdırılıb sakinlərin istifadəsinə verilmişdir.

2016-cı il 3 may tarixli Sərəncamınıza əsasən 8294 nəfər əhalinin yaşadığı 8 yaşayış məntəqəsini birləşdirən Ağsu rayonunun Caparlı-Kəndoba-Cəlayir avtomobil yolunun tikintisinə başlanılmış və bu məqsədlə Prezidentin ehtiyat fondundan ilkin olaraq 3,5 milyon manat vəsait ayrılmışdır.

Möhtərəm Prezident, göstərdiyiniz bu diqqət və qayğıya görə kənd sakinləri adından Sizə minnətdarlığımızı bildirir, möhkəm cansağlığı və işlərinizdə yeni-yeni uğurlar arzulayırıq.

Kəndoba kənd sakinləri adından dərin hörmətlə,

Mədətov Möhübbət Hümbət oğlu,

Nəzərov Vaqif Şirməmməd oğlu,

Məmmədov Babakişi Qərib oğlu,

Məlikov Fərhad İsgəndər oğlu,

Mirhəsənli Mirfazil Seyidkamil oğlu,

Ağayev Ağamalı Bəybala oğlu,

Zülfüqarov Tahir Fərzalı oğlu,

Mehdiyev Ehdibar Şakir oğlu və başqaları.

Azərbaycan Respublikası, Ağsu rayonu, Kəndoba kəndi.