30 avqust 2016, 14:00

Aybəniz Soltanova və Zöhrə Əliyevadan, Bakı, Azərbaycan

Hörmətli cənab Prezident, Ali Baş Komandan!

Sizin göstərdiyiniz səylər, idmana verdiyiniz qiymət və idmançıları həvəsləndirməyiniz sayəsində Brazilyanın Rio-de-Janeyro şəhərində bayrağımız yüksəldi, xalqımız sevinc hissi keçirdi. Yay Olimpiya Oyunlarında Azərbaycan idmançılarının qazandıqları qürurverici qələbələr münasibətilə Sizi, xalqımızı və bütün idmançılarımızı ürəkdən təbrik edir, Sizə cansağlığı arzulayırıq.

Siz Vətənimizin çiçəklənməsi və daha da inkişaf etməsi üçün əlinizdən gələni edirsiniz. Bunun nəticəsində Azərbaycanın uğurları get-gedə artır. Arzu edirik ki, bu uğurlarımız daha da bol olsun!

Hörmətlə,

Soltanova Aybəniz,

Əliyeva Zöhrə.

Azərbaycan Respublikası, Bakı şəhəri, Nəsimi rayonu.