30 avqust 2016, 12:00

Yaza Fərəcovadan, Tərtər, Azərbaycan

Hörmətli cənab Prezident,

Bu ilin aprelində erməni işğalçılarının ağır artilleriyadan açdığı atəş nəticəsində yaşadığımız Tərtər rayonunda xeyli ev ziyan çəkmişdir. Mənim yaşadığım ev də dağılmışdı. Bütün bunlara baxmayaraq, biz rayonumuzu tərk etmədik. Ona görə ki, Sizə və ordumuza arxalanırıq. Çox sağ olun ki, həmin vaxt bizi tək qoymadınız, xanımınızla birlikdə Tərtər rayonuna səfər etdiniz. Sizin ayırdığınız vəsait hesabına evimiz bərpa olunaraq əvvəlkindən də yaxşı vəziyyətdə mənə təhvil verildi.

Möhtərəm Prezident, bütün bunlara görə öz adımdan və bütün tərtərlilər adından Sizə və Mehriban xanıma dərin minnətdarlığımı bildirirəm. Tanrı Sizləri qorusun!

Hörmətlə,

Fərəcova Yaza

Azərbaycan Respublikası, Tərtər rayonu.