30 avqust 2016, 10:40

Firizman Bağırovdan, Göygöl, Azərbaycan

Hörmətli cənab Prezident,

Sizin diqqət və qayğınız sayəsində ölkəmizdə ictimai-siyasi sabitlik yüksək səviyyədə qorunur, əmin-amanlıq hökm sürür. Azərbaycan gündən-günə inkişaf edir, xalqımızın rifah halı və həyat səviyyəsi yaxşılaşır. Bir ziyalı olaraq ölkəmizdə və rayonumuzda aparılan abadlıq və quruculuq işlərindən, xalqımızın xoş əhval-ruhiyədə olmasından qürur duyuram.

Möhtərəm cənab Prezident, Sizinlə və Sizin sayənizdə ölkəmizlə fəxr edirəm. Sizə gələcək ali fəaliyyətinizdə yeni-yeni uğurlar arzulayıram.

Hörmətlə,

Bağırov Firizman Cavad oğlu

Azərbaycan Respublikası, Göygöl rayonu.