30 avqust 2016, 10:00

Esmira Musayevadan, Sumqayıt, Azərbaycan

Çox hörmətli cənab Prezident,

Son aylarda Sumqayıt şəhərində aparılan abadlıq və quruculuq işləri şəhər sakinləri tərəfindən böyük razılıqla qarşılanır. Dənizkənarı parkın abadlaşdırılması, Heydər Əliyev Mərkəzinin, musiqi və şahmat məktəblərinin tikilməsi, binaların dam örtüklərinin yenilənməsi, lift və istilik sistemlərinin qurulması Sumqayıtın inkişafı, sakinlərin rifahı və həyat şəraitinin yaxşılaşması naminə görülən işlərin davamıdır.

Cənab Prezident, biz sumqayıtlılar Sizin daxili və xarici siyasətinizi bəyənir və dəstəkləyirik. Sizə və ailə üzvlərinizə cansağlığı, uzun ömür, işlərinizdə uğurlar arzu edirik.

Hörmətlə,

Musayeva Esmira Hümbət qızı

Azərbaycan Respublikası, Sumqayıt şəhəri