29 avqust 2016, 20:45

Səlim Hacıyevdən, Sumqayıt, Azərbaycan

Hörmətli cənab Prezident. 

Gündən-günə inkişaf edən və gözəlləşən, sənaye və gənclər şəhəri kimi tanınan Sumqayıtda əsaslı abadlıq-quruculuq işləri aparılır. Sumqayıt sakinlərinin həyat şəraitinin və rifahının yaxşılaşdırılması məqsədilə şəhərimizdə böyük işlər görülür. Nəsimi adına parkın sahilyanı hissəsində yeni bulvar salınır. Ulu Öndərimizin həyat və yaradıcılığını əks etdirən və zəngin irsinin qorunduğu möhtəşəm Heydər Əliyev Mərkəzində, şahmat və musiqi məktəblərində son tamamlama işləri aparılır. Bütün bunlarla yanaşı, binaların dam örtükləri, fasadları yenilənir, istismar müddəti bitmiş liftlər dəyişdirilir, məhəllədaxili yollar asfaltlanır, bağça və məktəblər, poliklinika və xəstəxanalar təmir olunur. Bütün bu işlər Sizin şəhərimizə və onun əhalisinə göstərdiyiniz diqqət və qayğınızın nəticəsidir. 

Möhtərəm Prezident, şəhərimizə, sumqayıtlılara göstərdiyiniz diqqət və qayğıya görə Sizə dərin minnətdarlığımızı bildiririk. 

Hörmətlə,

Hacıyev Səlim Zakir oğlu. 

Azərbaycan Respublikası, Sumqayıt şəhəri.