16 avqust 2016, 13:50

İlham Ağayevdən, Yardımlı, Azərbaycan

Hörmətli cənab Prezident.

Yaşadığımız Yardımlı rayonunun Vərov kəndi uca dağların qoynunda yerləşir. Uzun illər idi ki, kənd camaatı içməli su sarıdan əziyyət çəkirdi. Bu günlərdə kəndimizə yeni su xətti çəkildi və əhali içməli su ilə təmin edildi.

Sizin təsdiq etdiyiniz regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramının uğurlu icrası nəticəsində kəndimizin içməli su ilə yanaşı, bir çox problemi öz həllini tapmış, insanların yaşayış şəraiti yaxşılaşmışdır.

Əziz Prezidentimiz, kəndimizə su xəttinin çəkilməsinə və əhalinin içməli su ilə təmin olunmasına görə kənd sakinləri, o cümlədən ağsaqqallar, ziyalılar adından Sizə dərin minnətdarlığımızı bildiririk.

Hörmətlə,

Ağayev İlham Tərxan oğlu.

Azərbaycan Respublikası, Yardımlı rayonu, Vərov kəndi.