15 avqust 2016, 15:55

Hafiz Kərimovdan, İsmayıllı, Azərbaycan

Möhtərəm cənab Prezident.

Sizin İsmayıllıya səfərləriniz rayonumuzun sosial-iqtisadi inkişafının sürətlənməsinə təkan verir. Bu yaxınlardakı səfəriniz zamanı açılışlarında iştirak etdiyiniz və ya iş şəraiti ilə tanış olduğunuz körpələr evi-uşaq bağçası, velosiped istehsalı zavodu, Olimpiya İdman Kompleksi, Qaraməryəm-İsmayıllı avtomobil yolu, su elektrik stansiyası Sizin rayonumuzun sosial-iqtisadi həyatına çox dəyərli töhfələriniz, ismayıllılara hədiyyənizdir.

Hörmətli cənab Prezident, bütün bunlara görə Sizə minnətdarlığımızı bildirir, möhkəm cansağlığı, uzun ömür arzulayırıq. Allah Sizi xalqımız, ana Vətənimiz Azərbaycan üçün qorusun.

Hörmətlə,

Kərimov Hafiz

Təhsil İşçiləri Azad Həmkarlar Təşkilatı İsmayıllı Rayon Komitəsinin sədri.

Azərbaycan Respublikası, İsmayıllı rayonu.