15 avqust 2016, 11:55

Zeynalabdin Sərdarov və başqalarından, Bakı, Azərbaycan

Möhtərəm cənab Prezident.

Ölkəmizdə idmanın inkişafına göstərdiyiniz qayğı  nəticəsində idmançılarımızın beynəlxalq miqyaslı turnirlərdə və yarışlarda nailiyyətləri ildən-ilə artmaqdadır. “Rio-2016” Yay Olimpiya Oyunlarında da idmançılarımız medallar qazanmaqda davam edirlər. Cüdoçularımız Rüstəm Orucovun və Elmar Qasımovun uğurlu çıxışları bizi sevindirməklə yanaşı, digər idmançılarımıza, heç şübhəsiz, böyük stimul verir.

Hörmətli cənab Prezident, bu qələbələr münasibətilə Sizi ürəkdən təbrik edirik. İnanırıq ki, qarşıda bizi daha böyük uğurlar gözləyir. Sizə möhkəm cansağlığı, işlərinizdə müvəffəqiyyətlər arzulayırıq.

Hörmətlə,

Sərdarov Zeynalabdin

Babayev Səidə

İsmayılov Natiq

Rüstəmov Ruhid və başqalarından.

Azərbaycan Respublikası, Bakı şəhəri, Nəsimi rayonu.