15 avqust 2016, 11:50

Ramil Məlikovdan, Şirvan, Azərbaycan

Hörmətli cənab Prezident.

Bir sahibkar olaraq gömrük postunda göstərilən yüksək səviyyəli və şəffaf xidmətə görə Sizə dərin minnətdarlığımı bildirirəm.

Mən mütəmadi olaraq Qazaxıstandan ölkəmizə mal gətirirəm. Bu günlərdə növbəti mal idxalı zamanı yeni yaradılan “Yaşıl dəhliz” buraxılış sistemindən yararlandım. Gömrük sənədləşdirmə proseduru çox sürətli və şəffaf keçirildi.

Möhtərəm Prezident, Sizin Sərəncamınızla yaradılan “Yaşıl dəhliz” buraxılış sistemi tək məni deyil, bütün sahibkarları çox sevindirir. Ulu Tanrıdan Sizə və ailənizə uzun ömür, möhkəm cansağlığı və xoşbəxtlik arzu edirəm. Azərbaycan xalqının taleyində müstəsna xidmətləri olan ümummilli lider Heydər Əliyevə Allahdan qəni-qəni rəhmət diləyirəm.

Hörmətlə,

Məlikov Ramil Sahil oğlu,

II qrup Qarabağ müharibəsi əlili.

Azərbaycan Respublikası, Şirvan şəhəri.