13 avqust 2016, 13:25

Ali Yağcıdan, Sakarya, Türkiyə

Hörmətli cənab Prezident. 

Türkiyə xalqının bir nümayəndəsi olaraq dövlətimizə göstərdiyiniz dəstəyə görə Zati-alinizə təşəkkür etməyi özümə borc bilirəm. 
Siz və dəyərli Azərbaycan xalqı bizim üçün çox əzizsiniz. Bizlər Sizdən, Sizlər bizdənsiniz. Daha əvvəl yaşananlar və 15 iyul hadisələri göstərdi ki, bu düşüncədə olduğumuz müddətdə kim gəlirsə gəlsin, yıxılmayacağıq.
Son vaxtlar Dağlıq Qarabağda qazanılan uğurlara görə Sizi və Azərbaycan Silahlı Qüvvələrini təbrik edirəm. Allah şəhidlərimizə rəhmət eləsin, əsgərlərimizi qorusun, onlara yardımçı olsun.
Allah Sizi və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanı başımızın üstündən əskik etməsin. Ulu Tanrı dövlətlərimizi qorusun. 
Sevgi və məhəbbətlə,

Yağcı Ali.  

Türkiyə Respublikası, Sakarya vilayəti.