13 avqust 2016, 12:30

Ağasəlim Babaşovdan, Füzuli, Azərbaycan

Möhtərəm cənab Prezident.

Azərbaycanda idmanın inkişafına göstərdiyiniz diqqət və qayğının, yaradılan gözəl şəraitin nəticəsində son illərdə idmançılarımız beynəlxalq miqyaslı yarışlarda yüksək nailiyyətlər əldə etməkdədirlər. Cüdoçularımız Rüstəm Orucovun və Elmar Qasımovun “Rio-2016” Yay Olimpiya Oyunlarında qazandıqları medallar da bunun bariz nümunəsidir.

Hörmətli cənab Prezident, bu qələbələr münasibətilə bütün füzulililər, o cümlədən kəndimizin camaatı, ailəm adından Sizi təbrik edir, Sizə dərin minnətdarlığımızı bildirir, möhkəm cansağlığı, işlərinizdə yeni-yeni uğurlar arzulayırıq. İnanırıq ki, qarşıda daha böyük uğurlarımız olacaqdır.

 

Füzuli rayonu, Şükürbəyli kənd sakinləri adından dərin hörmətlə,   

Babaşov Ağasəlim Cahangir oğlu.

Azərbaycan Respublikası, Füzuli rayonu, Şükürbəyli kəndi.