12 avqust 2016, 18:00

Əliyar Qurbanov və başqalarından, Bakı, Azərbaycan

Möhtərəm cənab Prezident.

Braziliyanın Rio-de-Janeyro şəhərində keçirilən XXXI Yay Olimpiya Oyunlarında idmançılarımız tərəfindən ilk medalların qazanılması münasibətilə Sizi ürəkdən təbrik edirik. Cüdoçularımız Rüstəm Orucovun və Elmar Qasımovun qazandığı bu medallar ölkəmizdə idmanın inkişafına dövlət səviyyəsində göstərilən böyük diqqət və qayğının nəticəsidir. Əminik ki, bu Olimpiya Oyunlarında idmançılarımız bizə növbəti qələbə sevincləri yaşadacaq, üçrəngli Azərbaycan bayrağının daha yüksəklərdə dalğalanmasına nail olacaqlar.

Hörmətli cənab Prezident, bu uğurlar münasibətilə Sizi bir daha təbrik edir, Sizə möhkəm cansağlığı, ali dövləti fəaliyyətinizdə yeni-yeni uğurlar arzu edirik.

Dərin hörmətlə,

Qurbanov Əliyar Nuru oğlu

Vəliyeva Famizə İbrahim qızı

İsgəndərova Şahizər Ələkbər qızı

Cəfərov Yusif Rəşid oğlu və başqaları.

Azərbaycan Respublikası, Bakı şəhəri, Nəsimi rayonu.