12 avqust 2016, 13:00

Qorxmaz Bayramov və başqalarından, Bakı, Azərbaycan

Möhtərəm cənab Prezident.

Azərbaycanda idmanın inkişafına göstərdiyiniz diqqət və qayğının, yaradılan gözəl şəraitin nəticəsində son illərdə idmançılarımız beynəlxalq miqyaslı idman yarışlarında yüksək nailiyyətlər əldə etməkdədirlər. Cüdoçularımız Rüstəm Orucovun və Elmar Qasımovun “Rio-2016” Yay Olimpiya Oyunlarında qazandıqları medallar da bunun bariz nümunəsidir.

Hörmətli cənab Prezident, bu qələbələr münasibətilə Sizi təbrik edir, Sizə dərin minnətdarlığımızı bildirir, möhkəm cansağlığı, işlərinizdə yeni-yeni uğurlar arzulayırıq. İnanırıq ki, qarşıda daha böyük uğurlarımız olacaqdır.

Hörmətlə,

Bayramov Qorxmaz

Məmmədov Rüfət

Eyvazov Mübariz

Vahidov Tacəddin

Vəliyeva Şəfəq

Ağayev Niyazi.

Azərbaycan Respublikası, Bakı şəhəri, Nəsimi rayonu.