12 avqust 2016, 14:00

Zaur Nəsirov və başqalarından, Füzuli, Azərbaycan

Hörmətli cənab Prezident.

Respublikamızın hər bir bölgəsi kimi, Füzuli rayonunun mərkəzi və kəndləri də Sizin rəhbərliyiniz altında gündən-günə abadlaşır, gözəlləşir. Rayonumuzda tikinti-quruculuq işləri uğurla davam etdirilir.

İyirmi səkkiz min nəfər əhalinin yaşadığı 13 yaşayış məntəqəsini birləşdirən Qarabağ-Böyük Bəhmənli-Arayatlı-Mirzənağılı avtomobil yolunun tikintisinin başa çatdırılması məqsədilə iyulun 23-də imzaladığınız Sərəncam biz füzulililərin hədsiz sevincinə və fərəhinə səbəb oldu.

Cənab Prezident, rayonumuza göstərdiyiniz xüsusi diqqət və qayğıya görə bütün füzulililər, eləcə də yaşadığımız Horadiz şəhər sakinləri adından Sizə və xanımınıza dərin minnətdarlığımızı bildirir, Sizə və ailənizə möhkəm cansağlığı, uzun ömür, xoşbəxtlik və işlərinizdə yeni-yeni uğurlar arzu edirik. Biz füzulililər daim Sizin yanınızdayıq, hər zaman siyasətinizi dəstəkləyirik və Sizinlə fəxr edirik. Var olun, cənab Prezident! Allah Sizi qorusun

Hörmətlə,

Nəsirov Zaur

Nəsirova Sevinc

Nəsirov Fərid.

Azərbaycan Respublikası, Füzuli rayonu, Horadiz şəhəri.