09 avqust 2016, 16:00

Elbrus Tanrıverdiyevdən, Tərtər, Azərbaycan

Hörmətli cənab Prezident.

Aprel döyüşləri zamanı ermənilərin atdığı mərmilər bizim evi də dağıdıb yararsız hala salmışdı. Sizin qayğınız sayəsində evimiz bərpa olundu, əvvəlkindən daha yaxşı təmir edildi. Bizə göstərdiyiniz diqqət və qayğıya cavab olaraq, kənd əməkçiləri ilə birlikdə təsərrüfat işlərində can-başla iştirak edirəm. Atəş altında olan 80 hektar taxıl sahəsini zirehli köynək geyinərək biçib yekunlaşdırmışıq.

Möhtərəm Prezident, biz Sizə güvənirik. Sizin xanımızla birlikdə həyatınızı riskə ataraq bizimlə görüşə gəlməyiniz bizi qürurlandırır. Torpaqlarımızdan bir addım da olsun geriyə çəkilmirik. İnşallah, işğal altındakı torpaqlarımız da tezliklə azad ediləcək. Azərbaycan bayrağı həmin ərazilərdə dalğalanacaq. Əminik ki, o gün uzaqda deyil.

Tanrı Sizi qorusun.

Hörmətlə,

Tanrıverdiyev Elbrus.

Azərbaycan Respublikası, Tərtər rayonu, Qapanlı kəndi.