Bakıda Azərbaycan, İran və Rusiya prezidentlərinin görüşü olub

08 avqust 2016, 19:40
Bakıda Azərbaycan, İran və Rusiya prezidentlərinin görüşü olub

Bakıda, Heydər Əliyev Mərkəzində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin, İran İslam Respublikasının Prezidenti Həsən Ruhaninin və Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin görüşü olub.

Söhbət zamanı Azərbaycan, İran və Rusiya dövlətləri başçılarının ilk üçtərəfli görüşünün əhəmiyyəti qeyd edildi. Ölkələrimiz arasında siyasi, iqtisadi, energetika, nəqliyyat və digər sahələrdə əməkdaşlığın genişləndirilməsi baxımından bu görüşün önəmi vurğulandı.

Görüşdə əlaqələrimizin perspektivləri ətrafında fikir mübadiləsi aparıldı.