27 iyul 2016, 17:00

Sabir Namazov və başqalarından, Saatlı, Azərbaycan

Hörmətli cənab Prezident.

Saatlı rayonunun Heydərabad kəndində yaşayan, əkinçiliklə, təsərrüfatla məşğul olan biz kənd adamları bu il 180 hektar sahədə pambıq əkmişik. Suvarma işlərində aidiyyəti qurumlar tərəfindən bizə yaxından kömək göstərildi. Kənd ərazisindəki suvarma kanallarında və kollektorlarda yüksək keyfiyyətli təmir-bərpa işləri görüldü, su arxları təmizləndi. Kanallara su vaxtlı-vaxtında verildiyinə görə əkin sahələrini tez bir zamanda suvardıq. Pambıq sahələrimizin hazırkı vəziyyəti bol məhsuldan xəbər verir.

Hörmətli cənab Prezident, Sizin daxili və xarici siyasətinizi bəyənir və dəstəkləyirik. Dünyada gedən mürəkkəb və çətin siyasi proseslərə görə işinizin çox olduğunu bilirik. Belə vəziyyətdə bizə diqqət və vaxt ayıraraq bu sahəyə qayğıkeşlik göstərdiyinizə görə Sizə bir daha minnətdarlığımızı bildiririk.

Hörmətlə,

Namazov Sabir

Vəliyev Xanlar

Əskərov Azər

Namazov Əliağa və başqaları. 

Azərbaycan Respublikası, saatlı rayonu, Heydərabad kəndi.