27 iyul 2016, 09:00

Razim Quliyev və başqalarından, Gəncə, Azərbaycan

Hörmətli cənab Prezident.

Biz Respublika Əlillərin Bərpa Mərkəzində müalicəmizi müvəffəqiyyətlə davam etdiririk. Buna görə Sizə minnətdarıq.

Bilirik ki, fiziki qüsuru olan insanların hər zaman qayğıya və mərhəmətə ehtiyacı vardır. Şəxsən Sizdən bunu görmək bizim üçün böyük xoşbəxtlikdir. Əlillərə çox yüksək səviyyədə tibbi xidmətin göstərilməsi, onların müasir tələblərə cavab verən tibbi avadanlıqla təchiz olunmuş bərpa mərkəzində reabilitasiyası bu günümüzün danılmaz reallığıdır.

Cənab Prezident, əlillərin sosial problemlərini öz geniş fəaliyyətinizin prioritet sahələrindən biri kimi önə çəkdiyinizə görə Sizə dərin minnətdarlığımızı bildirir və işlərinizdə yeni-yeni uğurlar arzulayırıq.

Hörmətlə,

Quliyev Razim Nazim oğlu

Qəhrəmanov Aqil Vəzir oğlu

Salmanov Qurban Şamil oğlu

Mehdiyev Bayram Dadaş oğlu

Qarabağ müharibəsi əlilləri və başqaları (cəmi: 18 nəfər).

Azərbaycan Respublikası, Gəncə şəhəri.