26 iyul 2016, 17:40

Xədicə Ağayevadan, Sumqayıt, Azərbaycan

Hörmətli cənab Prezident.

Gündən-günə gözəlləşən Sumqayıt şəhərində böyük abadlıq və quruculuq işləri aparılmaqdadır. Sumqayıt şəhərində yaşayan əhalinin həyat şəraitinin və rifahının yaxşılaşdırılması məqsədilə böyük işlər görülür. İstər dənizkənarı park, istərsə də şəhərdaxili parklar genişləndirilir və abadlaşır. Binaların dam örtükləri, fasadları yenilənir, istismar müddəti bitmiş liftlər dəyişdirilir, məhəllədaxili yollar asfaltlanır, bağça və məktəblərdə, poliklinika və xəstəxanalarda təmir işləri görülür. Ulu Öndərimizin həyat və yaradıcılığını əks etdirən, zəngin irsinin qorunduğu Heydər Əliyev Mərkəzi möhtəşəm şəkildə yenidən qurulur. Bütün bu işlər Sizin şəhərimizə ayırdığınız vəsait hesabına görülür.  

Möhtərəm Prezident, şəhərimizə, əhalimizə göstərdiyiniz qayğı və diqqətə görə

Sizə dərin minnətdarlığımızı bildiririk. Çox sağ olun. 

Hörmətlə,

Xədicə Ağayeva Cəfər qızı.

Azərbaycan Respublikası, Sumqayıt şəhəri.