25 iyul 2016, 18:30

İlham Dəmirovdan, Tovuz, Azərbaycan

Hörmətli cənab Prezident.

Respublikamızda aqrar sahənin inkişaf etdirilməsi biz kənd adamlarını çox sevindirir. Suvarma, texnika çatışmazlığı və digər problemlərin həlli ilə yanaşı, fitosanitar xidmət sahəsində işlərin uğurla həyata keçirilməsi kənd təsərrüfatı sahəsində məhsuldarlığı yüksəldib.  

Əkib-becərdiklərimizin təhlükəli zərərverircilərdən mühafizəsi üçün dövlət vəsaiti ilə alınmış aqrokimyəvi maddələrdən istifadə olunması və digər zəruri tədbirlərin görülməsi hesabına bu il keyfiyyətli və bol məhsul əldə etmişik. 

Cənab Prezident, bütün bunlar Sizin qeyri-neft sektorunun, xüsusilə kənd təsərrüfatının inkişafına göstərdiyiniz diqqət və qayğının nəticəsidir. Buna görə Sizə dərin təşəkkürümüzü bildiririk. 

Hörmətlə,

Dəmirov İlham Kamal oğlu.

Azərbaycan Respublikası, Tovuz rayonu, Əyyublu kəndi.