25 iyul 2016, 12:00

Əlizamin Alışov və Ərşad Məmmədovdan, Saatlı, Azərbaycan

Hörmətli cənab Prezident.

Dünyada iqtisadi böhranın yaşandığı bir dövrdə biz fermerlərə göstərdiyiniz diqqət və qayğıya, maddi və mənəvi dəstəyə görə bütün fermerlər, o cümlədən ailə üzvlərimiz adından Sizə təşəkkür edirik.

Suvarma ilə bağlı problemin həlli istiqamətində həyata keçirilən tədbirlər artıq müsbət nəticələrini verir. Bununla yanaşı, kənd təsərrüfatı texnikası, mineral gübrə və toxumla təminatın ildən-ilə yaxşılaşdırılması əkin-biçinin vaxtında aparılmasına və bol məhsul istehsalına əlverişli zəmin yaradıb.

Cənab Prezident, biz də öz növbəmizdə ölkəmizin iqtisadi qüdrətinin daha da artırılması üçün əlimizdən gələni edirik. Göstərilən hərtərəfli köməyə görə bir daha Sizə minnətdarlığımızı bildiririk.

Hörmətlə,

Alışov Əlizamin

Məmmədov Ərşad

Azərbaycan Respublikası, Saatlı rayonu, Dədə Qorqud kəndi.