23 iyul 2016, 12:00

Qədir Allahverdiyev və başqalarından, Tərtər, Azərbaycan

Hörmətli cənab Prezident.

Tərtər rayonunun sakinləri Sizin rəhbərliyiniz altında regionların sosial-iqtisadi inkişafı dövlət proqramları çərçivəsində görülən işləri alqışlayır, daxili və xarici siyasətinizi dəstəkləyirlər. Qədimdən bəri Şərqlə Qərb arasında karvan yolunun üstündə yerləşdiyi üçün  çaparxana adlanan Tərtər çox zəngin keçmişə və əhəmiyyətli coğrafi mövqeyə malikdir. Rayonumuzun dövlət tərəfindən qorunan dünya və respublika əhəmiyyətli tarixi mədəniyyət abidələri vardır. Belə bir zəngin tarixə malik rayonun çoxlu sayda eksponatı olan tarix-diyarşünaslıq muzeyi indiyədək uşaq musiqi məktəbinin iki kiçik otağında yerləşmişdi. Bu günlərdə şad xəbər aldıq. Şəhərin mərkəzindəki Heydər Əliyev prospektində tarix-diyarşünaslıq muzeyi üçün yeni binanın tikintisinə başlanılıb.

Cənab Prezident, mədəni irsimizə, tariximizə, adət-ənənələrimizə hörmətlə yanaşdığınız üçün rayonumuzun ağsaqqalları adından Sizə minnətdarlığımızı bildiririk. Tanrı Sizi və ailənizi qorusun.

Hörmətlə,

Allahverdiyev Qədir, Tərtər rayon Ağsaqqallar Şurasının sədri

Həsənzadə Rauf

Binnətov Fəxrəddin

Almuradov İman

Bürcəliyev Cavanşir, Şuranın üzvləri.

Azərbaycan Respublikası, Tərtər rayonu.