23 iyul 2016, 11:30

İzzət Sultanovdan, Astara, Azərbaycan

Hörmətli cənab Prezident.

Respublikamızın hər bir şəhər və rayonu ilə yanaşı, Astara da son illərdə sürətlə inkişaf edib. Rayonun ümumi mənzərəsi göz oxşayır. Yeni sosial və inzibati binalar tikilib, küçələrdə müasir işıqlandırma sistemləri quraşdırılıb, yollar yüksək səviyyədə asfaltlanıb, yaşıllıqlar və parklar salınıb. Bütün bu işlər rayon sakinlərini sevindirir, onların gələcəyə olan baxışlarını daha da nikbin edir.

Bütün bunlarla yanaşı, ictimai-siyasi sabitliyin və asayişin yüksək səviyyədə qorunması əhalinin firavan və təhlükəsiz yaşayışında böyük rol oynayır.

Cənab Prezident, mən və bütün astaralılar Sizin uğurlu siyasətinizi bəyənir və dəstəkləyirik. Rayon sakinləri adından Sizə dərin minnətdarlığımızı bildiririk. Ümid edirik ki, Sizin diqqətiniz sayəsində Astarada gələcəkdə daha da böyük işlər görüləcəkdir.

Hörmətlə,

Sultanov İzzət.

Azərbaycan Respublikası, Astara rayonu.