22 iyul 2016, 15:40

Gülnarə Babayevadan, Sumqayıt, Azərbaycan

Hörmətli cənab Prezident.

Son aylarda Sumqayıt şəhərində aparılan abadlıq-quruculuq işləri sakinlər tərəfindən çox böyük ehtiramla qarşılanır. Dənizkənarı bulvarın yenidən qurulması, Heydər Əliyev Mərkəzinin, musiqi və şahmat məktəblərinin tikintisi, binaların dam örtüklərinin və liftlərin yenilənməsi, istilik sisteminin çəkilməsi sakinlərin rifahı naminə görülən işlərin davamıdır.

Qısa zamanda 6 saylı körpələr evi-uşaq bağçasında əsaslı təmir-tikinti işləri görüldü, körpə fidanlarımız üçün hər cür şərait yaradıldı.

Cənab Prezident, körpələr evi-uşaq bağçasının kollektivi adından Sizə dərin minnətdarlığımızı bildirir, möhkəm cansağlığı, uzun ömür, işlərinizdə uğurlar arzu edirik. Biz sumqayıtlılar Sizin daxili və xarici siyasətinizi bəyənir və Sizi dəstəkləyirik.

Hörmətlə,

Babayeva Gülnarə Sarı qızı, 6 saylı körpələr evi-uşaq bağçasının müdiri.

Azərbaycan Respublikası, Sumqayıt şəhəri, 4-cü mikrorayon.