22 iyul 2016, 16:00

Raya Səfərova və başqalarından, Tərtər, Azərbaycan

Hörmətli cənab Prezident.

Bizə dövlət səviyyəsində göstərilən diqqət və qayğıya görə Sizə “Çox sağ olun” deyirik. Sərsəng su anbarı erməni işğalı altında olduğu üçün Tərtər rayonunun Xoruzlu kəndinin sakinləri uzun müddət idi ki, əkin sahələrinin suvarılmasında çətinlik çəkirdilər. Sizin Sərəncamınıza uyğun olaraq pay torpaqlarımızın yerləşdiyi ərazidə bu yaxınlarda subartezian quyusu qazıldı. Bu, bizi ürəkdən sevindirdi, dövlətə və dövlətçiliyə inamımızı artırdı.

Möhtərəm Prezident, biz göstərdiyiniz diqqət və qayğıya görə bir daha Sizə minnətdarlığımızı bildiririk. Söz veririk ki, kənd təsərrüfatı məhsulları istehsalının artırılmasına biz də öz töhfəmizi verəcəyik.

Hörmətlə,

Səfərova Raya İsa qızı, şəhid anası

Nəsirov Qüdrət Fərman oğlu, Çernobıl əlili

İsmayılov Mətləb Sərhəddin oğlu, II qrup Qarabağ müharibəsi əlili

Sadıqov Tahir Məzahir, oğlu, II qrup Qarabağ müharibəsi əlili

Məmmədov Xasay Nağı oğlu, III qrup Qarabağ müharibəsi əlili.

Azərbaycan Respublikası, Tərtər rayonu, Xoruzlu kəndi.