20 iyul 2016, 16:00

Yusif İsgəndərovdan, Ağdam, Azərbaycan

Hörmətli cənab Prezident.

Cəbhə bölgəsində yaşayan biz ağdamlılar Sizin siyasətinizi daim dəstəkləyirik və əmrinizə hər zaman hazırıq. Uğurla davam etdirilən abadlıq-quruculuq işləri respublikamızın hər bir bölgəsi ilə yanaşı, bizim doğma Ağdam rayonunu da əhatə edir.

Siz xalqımızın qayğısına qalır, bununla bağlı vəzifəli şəxslərə göstərişlər verirsiniz. Regionlara səfərləriniz zamanı ictimaiyyət nümayəndələri ilə görüşüb səmimi söhbət etməyiniz ümumi əhval-ruhiyyəni yüksəldir, qəlbimizdə xoş xatirəyə çevrilir. Aprel ayında baş verən qısamüddətli döyüşlər ərəfəsində də Sizi yanımızda gördük.

Möhtərəm Prezident, biz seyid ailəsi olaraq hər zaman Sizin üçün dua edirik. Hər şeyə görə çox sağ olun. Allah Sizi xalqımızın başı üstündən əskik etməsin.

Hörmətlə,

İsgəndərov Yusif Rəhbər oğlu,

II qrup əlil.

Azərbaycan Respublikası, Ağdam rayonu, Çəmənli kəndi.