20 iyul 2016, 13:45

Məhərrəm Kərimovdan, Sumqayıt, Azərbaycan

Hörmətli cənab Prezident,

Son vaxtlar Sumqayıt şəhərində və onun qəsəbələrində genişmiqyaslı işlər həyata keçirilməkdədir. Yollara yeni asfalt örtüyü döşənmiş, su və elektrik xətləri çəkilmiş, parklar və yaşıllıqlar salınmışdır.

Bütün bunları, həmçinin sumqayıtlıların ən sevimli məkanlarından olan dənizkənarı bulvarda və ulu öndərimiz Heydər Əliyevin adını daşıyan parkda aparılan yenidənqurma işlərini şəhər sakinlərinə göstərilən böyük qayğı hesab edirik. Sumqayıt şəhəri tamamilə yeni görkəm almışdır.

Möhtərəm Prezident, Corat qəsəbəsində görülən işlər də yerli sakinlərin ürəyincədir. Biz Sizə inanır, dəstəyimizi ifadə edir və minnətdarlığımızı bildiririk.

Hörmətlə,

Kərimov Məhərrəm Fərrux oğlu

Azərbaycan Respublikası, Sumqayıt şəhəri, Corat qəsəbəsi.