Ukrayna Prezidenti Petro Poroşenkonun şərəfinə İlham Əliyevin adından rəsmi ziyafət təşkil edilib

14 iyul 2016, 19:30
Ukrayna Prezidenti Petro Poroşenkonun şərəfinə İlham Əliyevin adından rəsmi ziyafət təşkil edilib

Ölkəmizdə səfərdə olan Ukrayna Prezidenti Petro Poroşenkonun şərəfinə Prezident İlham Əliyevin adından rəsmi ziyafət təşkil edilib.

Dövlət başçıları ziyafətdə çıxış ediblər.

Mərasimdə Ukrayna Prezidentinin ölkəmizə səfərinin münasibətlərimizin inkişafına təkan verəcəyi vurğulandı. Siyasi, iqtisadi, humanitar və digər sahələrdə əlaqələrimizin perspektivlərinin müzakirəsi baxımından bu səfərin yaxşı imkan yaratdığı bildirildi. Müasir Azərbaycanın inkişafında ulu öndər Heydər Əliyevin xidmətləri və Ümummilli Liderin siyasi xəttinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyi xüsusi qeyd olundu.

Dövlət başçıları ölkələrimiz və xalqlarımız arasında dostluq və əməkdaşlıq əlaqələrinin tarixi ənənələrə malik olduğunu vurğuladılar. Mərasimdə Bakıda gedən inkişaf proseslərinin Ukrayna nümayəndə heyətinin üzvlərində dərin təəssürat yaratdığı bildirildi.

gallery-photogallery-photogallery-photo