11 iyul 2016, 13:40

Qüdrət Balaqardaşov, Elman Alcanov və başqalarından, Qobustan, Azərbaycan

Hörmətli cənab Prezident,

Təklə-Sündü-Xilmilli avtomobil yolunun yüksək səviyyədə çəkilib başa çatdırılmasına görə öz adımızdan və ailə üzvlərimiz adından Sizə dərin minnətdarlığımızı bildiririk.

Bu yolun çəkilməsi minlərlə sakinin rahatlığına xidmət edir. Həmçinin bu yol adı çəkilən kəndlərin sosial-iqtisadi inkişafını daha da sürətləndirəcək, kənd camaatının güzəranını yaxşılaşdıracaq.

Cənab Prezident, bir daha Sizə təşəkkür edir, uzun ömür, cansağlığı, işlərinizdə uğurlar arzulayırıq.

Hörmətlə,

Balaqardaşov Qüdrət,

Alcanov Elman,

Abdiyev Üzeyir,

Balayev Fidrat və başqaları

Azərbaycan Respublikası, Qobustan rayonu, Sündü kəndi.