16:35
Son illərdə Azərbaycan Respublikasında əkin sahələrinin suvarma suyu ilə təminatının daha da yaxşılaşdırılması və əhalinin içməli suya olan tələbatının ödənilməsi məqsədi ilə mühüm tədbirlər həyata keçirilmiş, su anbarları, magistral kanallar və digər su təsərrüfatı obyektləri istifadəyə verilmişdir.
Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan ayrılmış vəsait hesabına 2013-2016-cı illərdə ölkənin 40 şəhər və rayonu üzrə əhalisi 1,2 milyon nəfərə yaxın olan 524 yaşayış məntəqəsində əkin sahələrinin, əkin üçün istifadə olunan həyətyanı torpaq sahələrinin suvarma suyu ilə təmin olunması və əhalinin içməli suya tələbatının ödənilməsi üçün 657 subartezian quyusu qazılmış, 150 subartezian quyusunda isə qazma işlərinə başlanılmışdır.
Bu istiqamətdə tədbirlərin davam etdirilməsinin vacibliyini və vətəndaşların müraciətlərini nəzərə alaraq, Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
1. Əhalisi 380 min nəfərə yaxın olan 37 şəhər və rayonun 134 yaşayış məntəqəsində (siyahı əlavə olunur) əkin sahələrinin və əkin üçün istifadə olunan həyətyanı torpaq sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılması, habelə əhalinin içməli suya tələbatının ödənilməsi üçün 150 subartezian quyusunun layihələndirilməsi və qazılması məqsədi ilə Azərbaycan Respublikasının 2016-cı il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinə 10,0 (on) milyon manat ayrılsın.
2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində nəzərdə tutulan məbləğdə maliyyələşməni təmin etsin.
3. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn digər məsələləri həll etsin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 1 iyul 2016-cı il.
Azərbaycan Respublikası Prezidentinin
2016-cı il 1 iyul tarixli Sərəncamına
Əlavə
2016-cı ildə qazılması nəzərdə tutulan subartezian quyularının
yaşayış məntəqələri üzrə bölgüsünə dair
siyahı
|
№ |
Şəhər, rayon |
Quyuların sayı |
Yaşayış məntəqələri |
|
|
Ağcabədi
|
9
|
Yuxarı Qiyaməddinli |
|
Poladlı |
|||
|
Bala Kəhrizli |
|||
|
Böyük Kəhrizli |
|||
|
Boyat |
|||
|
Hacılar |
|||
|
Kəbirli |
|||
|
Xocavənd |
|||
|
İmamqulubəyli |
|||
|
|
Ağdam |
9 |
Kəlbəhüseynli |
|
Quzanlı qəsəbəsi (2 ədəd) |
|||
|
Çəmənli |
|||
|
Çullu |
|||
|
Əhmədağalı |
|||
|
Məmmədbağırlı |
|||
|
Qəhrəmanbəyli |
|||
|
Gül Baharlı |
|||
|
|
Ağsu |
1 |
Təklə |
|
|
Ağstafa
|
6
|
Aşağı Kəsəmən |
|
Pirili |
|||
|
Poylu (2 ədəd) |
|||
|
Qarahəsənli |
|||
|
Mollacəfərli |
|||
|
|
Astara |
1 |
Ojakəran |
|
|
Balakən
|
4
|
Tülü |
|
Qullar |
|||
|
Gərəkli |
|||
|
Qasbinə |
|||
|
|
Beyləqan
|
4
|
Kəbirli |
|
Aşıqalılar |
|||
|
Təzəkənd |
|||
|
Dünyamalılar |
|||
|
|
Bərdə |
9 |
Soğanverdilər (2 ədəd) |
|
Xanərəb |
|||
|
Piyadalar |
|||
|
Əmirli |
|||
|
Qullar |
|||
|
Hüseynbəyli |
|||
|
Dəymədağıldı |
|||
|
Şahvəlilər |
|||
|
|
Cəlilabad |
3 |
Cəlilabad şəhərinin ərazisi |
|
Təzəkənd |
|||
|
Üçtəpə |
|||
|
|
Füzuli
|
6
|
Şıpartı ərazisi (2 ədəd) |
|
Aşağı Seyidəhmədli ərazisi |
|||
|
1 №-li Qayıdış qəsəbəsi |
|||
|
Böyük Bəhmənli |
|||
|
Arayatlı |
|||
|
|
Gəncə |
2 |
Kəpəz rayonunun ərazisi (2 ədəd) |
|
|
Goranboy
|
9
|
Muzdurlar |
|
Nadirkənd |
|||
|
Qaramusalı |
|||
|
Veyisli |
|||
|
Qaradağlı (2 ədəd) |
|||
|
Qızılhacılı qəsəbəsi (2 ədəd) |
|||
|
Aşağı Ballıqaya |
|||
|
|
Göygöl |
4 |
Qırıqlı |
|
Quşqara (2 ədəd) |
|||
|
Bəhrambağ qəsəbəsi |
|||
|
|
Xaçmaz
|
3
|
Qıraqlı |
|
Mirzəməmmədqışlaq |
|||
|
Köhnə Xudat |
|||
|
|
Şamaxı |
1 |
Qaravəlli |
|
|
İsmayıllı
|
4
|
Qalagah |
|
Qalınçaq |
|||
|
Topçu |
|||
|
Buynuz |
|||
|
|
Qax
|
6
|
Dəymədağlı |
|
Ləkit |
|||
|
Güllük |
|||
|
Zəyəm |
|||
|
Tasmalı |
|||
|
Böyük Alatəmir |
|||
|
|
Qazax
|
5 |
Daş Salahlı (2 ədəd) |
|
Çaylı (2 ədəd) |
|||
|
Canalı |
|||
|
|
Qəbələ
|
3
|
Məlikli |
|
Zarağan |
|||
|
Mıxlıqovaq |
|||
|
|
Quba
|
3
|
Aşağı Atuc |
|
Mirzəqışlaq |
|||
|
Zərdabi qəsəbəsi |
|||
|
|
Qusar
|
2
|
Kuzunqışlaq |
|
Bədişqala |
|||
|
|
Masallı
|
2
|
Banbaşı |
|
Ərkivan |
|||
|
|
Oğuz
|
3
|
Dəymədərə |
|
Bucaq |
|||
|
Xaçmazqışlaq |
|||
|
|
Samux
|
6
|
Lək |
|
Çobanabdallı |
|||
|
Zazalı |
|||
|
Sərkar |
|||
|
Qarayeri qəsəbəsi |
|||
|
Aşağı Ağasıbəyli |
|||
|
|
Şəki |
8 |
Şəki şəhərinin ərazisi |
|
Orta Zəyzid |
|||
|
Baş Göynük |
|||
|
Kosalı |
|||
|
Şorsu |
|||
|
Oxud |
|||
|
Aşağı Küngüt |
|||
|
Baş Zəyzid |
|||
|
|
Şəmkir
|
7
|
Zəyəm Cırdaxan (3 ədəd) |
|
Düyərli |
|||
|
Şiştəpə |
|||
|
Çinarlı |
|||
|
Qaracəmirli |
|||
|
|
Tərtər
|
7
|
Yuxarı Qapanlı |
|
İlxıçılar (2 ədəd) |
|||
|
Köçərli |
|||
|
Qaraağacı |
|||
|
Sarıcalı (2 ədəd) |
|||
|
|
Tovuz
|
8
|
Dönük Qırıqlı |
|
Aşağı Quşçu |
|||
|
Əyyublu |
|||
|
Aran |
|||
|
Əlimərdanlı |
|||
|
Alakol |
|||
|
Qovlar şəhəri (2 ədəd) |
|||
|
|
Yevlax
|
2
|
Qaramanlı |
|
Malbinəsi |
|||
|
|
Zaqatala
|
6
|
Muxax (2 ədəd) |
|
Yengiyan |
|||
|
Bəhmətli |
|||
|
Əliabad |
|||
|
Kebeloba |
|||
|
|
Xocavənd |
1 |
Nərgiztəpə ərazisi |
|
|
Yardımlı |
1 |
Deman |
|
|
Şuşa (Ağdam rayonunun ərazisi) |
1 |
Mirzələr qış yatağı |
|
|
Laçın (Ağcabədi rayonunun Taxta-Körpü ərazisi) |
1 |
Sadınlar obası sahəsi |
|
|
Qobustan |
1 |
Təklə Mirzəbaba |
|
|
Lənkəran |
1 |
Şirinsu qəsəbəsi |
|
|
Lerik |
1 |
Lələdulan |
|
|
Cəmi |
150 |
134 |
Hörmətli Kasım-Jomart Kemeleviç,
Manqistau vilayətində keçirilən hərbi təlimlər zamanı hərbçilərin həlak olması barədə xəbər bizi son dərəcə sarsıtdı.
Bu ağır anlarda kədərinizi bölüşür, baş vermiş faciə ilə əlaqədar Sizə, həlak olanların...
25 sentyabr 2026, 18:15Hörmətli Sərdar Qurbanquliyeviç,
Türkmənistanın müstəqilliyinin 35-ci ildönümü münasibətilə Sizə və bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi və xoş arzularımı çatdırıram.
Ötən dövr ərzində Türkmənistan böyük inkişaf yolu keçmiş, m...
25 sentyabr 2026, 15:28Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:
Xidməti vəzifələrini yerinə yetirərkən fərqləndiklərinə görə Azərbaycan Respublikası Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin aşağıdakı hərbi ...
25 sentyabr 2026, 15:27Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 24-cü bəndini rəhbər tutaraq qərara alıram:
Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti rəisinin müavini general-mayor Allahverə...
25 sentyabr 2026, 15:26
Sentyabrın 25-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Gürcüstanın Baş naziri İrakli Kobaxidzeyə zəng edib.
Prezident İlham Əliyev İrakli Kobaxidzeni ad günü münasibətilə təbrik edib, ona cansağlığı və fəaliyyətində uğurlar, həmçinin gürcü xalqına rifah ...
25 sentyabr 2026, 12:02